Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məkkə sazişi: Orta güclərə və kollektiv çəkindirməyə üstünlük - Analitika

Məkkə sazişi: Orta güclərə və kollektiv çəkindirməyə üstünlük - Analitika

Ankara, 18 avqust, AZƏRTAC

Avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan liderləri tərəfindən imzalanmış birgə müdafiə haqqında Məkkə sazişi regional təhlükəsizlik nizamında dəyişiklikdən xəbər verir.

AZƏRTAC xəbər verir ki, böyük dövlətlərin öhdəliklərinin getdikcə daha seçici xarakter aldığı, münaqişələrin əhatə dairəsinin isə sürətlə genişləndiyi bir şəraitdə regional dövlətlər daha böyük məsuliyyəti öz üzərinə götürür, kollektiv çəkindirmə arxitekturasının yaradılması istiqamətində addımlar atırlar. Ankara, Ər-Riyad və İslamabadın atdığı addımlar bu yeni qlobal tendensiyanın bir hissəsidir.

Birgə səylərin məqsədi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın strateji imkanlarını genişləndirmək, həssaslığını azaltmaq və xarici siyasət sahəsində təsir imkanlarını artırmaqdır.

Ankarada açıq şəkildə bildirirlər ki, Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə sahəsində əməkdaşlıq yalnız bu ölkələrin öz təhlükəsizliyinə deyil, bütün regionda sülh və sabitliyin təmin olunmasına, eləcə də təhdidlərin qarşısının alınması imkanlarının artırılmasına mühüm töhfə verəcək.

Saziş müdafiə nazirləri, xarici işlər nazirləri və Baş Qərargah rəislərinin iştirakı ilə mexanizmlərin yaradılmasını, ən yüksək səviyyədə koordinasiyanın həyata keçirilməsini nəzərdə tutur. Əməkdaşlığa komanda-qərargah və səhra təlimləri ilə başlanacaq, sonrakı mərhələlərdə isə bu əməkdaşlıq quru, dəniz və hava qüvvələrinin, hava hücumundan müdafiə vasitələrinin və pilotsuz sistemlərin iştirakı ilə birgə təlimlərə çevriləcək.

Ankara Ər-Riyad və İslamabadla əməkdaşlığın prioritet istiqamətləri sırasına pilotsuz sistemləri, radioelektron mübarizəni və süni intellektlə dəstəklənən sistemləri daxil edir.

Lakin sazişə yalnız üç ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsi kimi baxılması natamam yanaşma olardı.

Birgə müdafiə haqqında Məkkə sazişi beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliyin dərinləşməsinə cavabdır. Belə ki, böyük dövlətlərin, xüsusilə ABŞ-nin təhlükəsizlik sahəsində öhdəlikləri daha seçici xarakter alıb, regional münaqişələr isə “bir-biri ilə sıx bağlıdır” və vahid risk və çağırış zonasını formalaşdırır.

Bu baxımdan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın “ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlamır” sözləri, eləcə də imzaçı ölkələrin “regionda eskalasiyanın yeni mərhələlərinin qarşısını almağa çalışdıqlarını” bildirməsi diqqətçəkən məqamdır.

Saziş göstərir ki, müasir dünyada orta güclər dəyişən beynəlxalq nizama uyğunlaşmağa, güc elementlərini birləşdirməyə və strateji manevr imkanlarını genişləndirməyə çalışırlar.

Əsas məsələ Ankara, Ər-Riyad və İslamabadın siyasi iradəsinin nə dərəcədə institusional və operativ potensiala çevriləcəyi, eləcə də razılaşmanın real münaqişə və böhran şəraitində necə həyata keçiriləcəyidir.

ABŞ-nin hərbi mövcudluğu və Yaxın Şərqdəki regional tərəfdaşlıqları qorunub saxlansa da, Vaşinqtonun müxtəlif böhranlar qarşısında hərəkətə keçməyə hazırlığı getdikcə daha çox şübhə altına alınır.

Asiya-Sakit okean regionunda rəqabətin genişlənməsi Amerikanın təhlükəsizlik siyasətini daha seçici xarakterli edir. Beləliklə, Yaxın Şərqdəki regional aktorlar öz təhlükəsizliklərinə görə daha böyük məsuliyyət daşımağa məcbur olurlar.

Bu, region ölkələrinin ABŞ və ya digər böyük dövlətlərlə münasibətlərdən tamamilə uzaqlaşması demək deyil. Əsl tendensiya mövcud ittifaqları qorumaqla yanaşı, alternativ təhlükəsizlik kanallarının yaradılması, tərəfdaşlıq münasibətlərinin şaxələndirilməsi və təhlükəsizlik sahəsində vahid xarici aktordan həddindən artıq asılılığın azaldılmasından ibarətdir.

Daha bir səbəb Yaxın Şərqdə münaqişələrin əhatə dairəsinin genişlənmə tendensiyasıdır. Raket və pilotsuz aparatlarla hücumların yayılması, enerji obyektlərinə hücumlar və dəniz ticarət yollarına təhdidlər göstərdi ki, təhlükəsizlik artıq yalnız milli sərhədlər çərçivəsində təmin edilə bilməz. Yəni coğrafi uzaqlıq amili özlüyündə təhlükəsizliyə zəmanət vermir.

Bölgədə hərbi gücdən istifadənin getdikcə daha az məhdudlaşdırıldığını və istənilən böhranın qısa müddətdə genişmiqyaslı müharibəyə çevrilə biləcəyini də unutmaq olmaz.

Nəticə etibarilə, mövcud vəziyyət orta güclərin əhəmiyyətini artırır. Onlar böyük aktorları təkbaşına əvəz edə və ya qlobal güc balansını tamamilə yenidən qura bilməzlər. Lakin hərbi, iqtisadi, diplomatik və texnoloji imkanlarını birləşdirərək regional nizamın formalaşdırılmasında daha səmərəli rol oynaya bilərlər. Orta güclərin potensialı onların böyük dövlətlərə bərabər olmasından deyil, konkret sahələrdə nəticələr əldə etməyə imkan verən alətlərə malik olmalarından irəli gəlir. Beləliklə, Məkkə sazişi faktiki olaraq üç ölkə arasındakı münasibətləri ümumi strateji təməl üzərində birləşdirib.

Sazişin əsl əhəmiyyəti müxtəlif güc elementlərinin vahid çəkindirmə sistemi çərçivəsində birləşdirilməsindən ibarətdir. Üstəlik, çəkindirmə yalnız hərbi potensialdan deyil, siyasi iradənin nüfuzundan və birgə fəaliyyət göstərmək bacarığından da asılıdır.

Bu tənlikdə Türkiyə inkişaf etmiş müdafiə sənayesi, NATO-da iştirakı, hərbi potensialı və müxtəlif münaqişə zonalarında topladığı əməliyyat təcrübəsi ilə seçilir. Pakistan çoxsaylı ordusu, yaxşı inkişaf etmiş hərbi institutları, raket texnologiyaları və nüvə potensialı sayəsində sazişə strateji dərinlik əlavə edir. Səudiyyə Ərəbistanı isə iqtisadi resursları, enerji bazarlarına təsiri, strateji coğrafi mövqeyi, habelə ərəb və İslam dünyasındakı siyasi nüfuzu ilə bu strukturu tamamlayır.

Bu kontekstdə Ankaranın NATO üzvlüyü ilə Səudiyyə Ərəbistanı və Pakistanla inkişaf edən müdafiə əməkdaşlığı arasında prinsipial ziddiyyət yoxdur. Türkiyə mövcud müttəfiqlik münasibətlərini eyni vaxtda qoruyur, Fars körfəzi, Yaxın Şərq və Cənubi Asiyada strateji mövcudluğunu artırır.

Üçtərəfli müdafiə sazişinin əhatə dairəsinin Misir kimi ölkələrin cəlb edilməsi ilə genişləndirilməsi bu cür təşəbbüslərin əhəmiyyətini daha çox artıracaq. Bu baxımdan Türkiyənin xarici işlər naziri Hakan Fidanın avqustun 13-14-də Qahirəyə səfəri diqqət çəkir. Səfər zamanı digər məsələlərlə yanaşı, regionda təhlükəsizlik mövzusu da müzakirə olunub.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır

Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar

“Sabah”ın UEFA Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışa çıxarılıb

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb

Bağdad İƏT Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyasına ev sahibliyi edəcək

Qazaxıstanda yanğının söndürülməsinə 220-dən çox insan və 2 helikopter cəlb olunub

Almaniyada regional seçkilərin nəticələri ölkənin siyasi gündəmində ciddi müzakirələrə səbəb olub

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

Nikola Düpon-Enyan: Fransanın Aİ-dən çıxmasını təklif edən yeganə namizəd mən olacağam

Bu saata olan əsas xəbərlər

Tarixi coğrafiyamız antik və orta əsr mənbələrindəki Albaniya sərhədləri ilə üst-üstə düşür VİDEO

Tarixi coğrafiyamız antik və orta əsr mənbələrindəki Albaniya sərhədləri ilə üst-üstə düşür VİDEO

“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilib

Bakıdan dünyaya uzanan mənəvi irs: Seyid Yəhya Bakuvi VİDEO

Bakıdan dünyaya uzanan mənəvi irs: Seyid Yəhya Bakuvi VİDEO

ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir

Beynəlxalq Musiqi Festivalı çərçivəsində azərbaycanlı bəstəkarların əsərlərindən ibarət konsert

Antiterror əməliyyatlarının iştirakçısı: Xankəndiyə daxil olanda özümüzdə böyük rahatlıq hiss etdik

Naxçıvan Dövlət Kukla Teatrı ilk dəfə beynəlxalq monotamaşalar festivalında iştirak edəcək

Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı

Toğrul Əsədullayev: Yeni layihələrimizdə muğam sənətinin təbliğinə xüsusi yer verilir

Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib

Xəzərdə zəlzələ olub

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

Ermənistanın siyasi rəhbərliyi revanşist çağırışlara qarşı aydın mövqe nümayiş etdirməlidir - ŞƏRH

Musiqiçi: Tədqiqatlarımda əsas diqqəti qədim macar klassik musiqisinin izlərinin araşdırılmasına yönəldirəm

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın baş verib VİDEO

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın baş verib VİDEO

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb – YENİLƏNİB 2

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Natəvan poeziyasında qəlbin etirafları

Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb

Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun qızı: Atamın ölümündən sonra arxivdə tamamlanmamış bir şeir tapdıq

Sərdar Salmanzadə: Uşaq futbolunun inkişafı üçün yarışların sayını artırmaq lazımdır - MÜSAHİBƏ

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası olub

TDT regionu enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

AZƏRTAC və Vyetnamın VNA xəbər agentliyi informasiya mübadiləsini gücləndirəcəklər

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət ediblər - YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət ediblər - YENİLƏNİB VİDEO

Energetika Nazirliyində İctimai Şuranın növbəti iclası baş tutub

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

Bakının daha iki küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib

AMB nümayəndəsi: Azərbaycanda Y və Z nəsilləri krediti daha çox maliyyə aləti kimi nəzərdən keçirirlər

Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib

Bakı və Hamburq limanları arasında əməkdaşlıq güclənir

Bakı beynəlxalq telekommunikasiya ekspertlərini bir araya gətirib

Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir

Mərkəzi Bankın şöbə rəisi: Rəqəmsal platformalar gənclərin investisiyalara marağını artırır

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub VİDEO

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub VİDEO

MEK-də Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə dinlənilib

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Saz və Balaban”: Estoniyada Azərbaycan folklor musiqisi və rəqsləri təqdim olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Etnoqraf: Milli geyim gündəlik həyatımızın bir hissəsinə çevrilməlidir

Kompüter və telefon ekranlarının gözlərə təsiri: Göz sağlamlığımızı necə qoruyaq? - Oftalmoloqdan tövsiyələr

AQTA: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək

AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim olunub

“Sülhün rəngləri” adlı inklüziv rəsm sərgisi təşkil olunub

Kimya İnstitutunun əməkdaşı metanın çevrilməsində istifadə olunan katalizatorları araşdırıb

Yaponiyalı doktorant Azərbaycan botanikləri ilə birgə mamır növünün populyasiya genomikasını araşdırır

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib

Koreyalılar Azərbaycan dastanları barədə məlumatlandırılıblar

Çin eksperti: Azərbaycan və Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın böyük potensialı var ŞƏRH

Şərqşünas-alim VIII Beynəlxalq İstanbul Aktual Elmi Tədqiqatlar Konfransında məruzə edib

Sabah Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycanın müalicə-sağlamlıq turizmi potensialı beynəlxalq auditoriyaya təqdim edilib

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Ukraynanın taxıl ixracı 22 faiz azalıb

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

Son 25 il ərzində orta ixtisas təhsili müəssisələrində tələbələrin sayı 23,2 min nəfər artıb

Özünüməşğulluq proqramı üzrə regionlarda 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur

AZAL Mərkəzi Asiya ölkələrinə həftədə 47 reys yerinə yetirir, bu il 400 minədək sərnişin daşıyıb

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

Amerikalı baş məşqçi: “Gəncə” komandasında fərqli və qeyri-standart yanaşmalardan istifadə edəcəyik -MÜSAHİBƏ

® “Carlsberg Azerbaijan” “Xəzəri qoruyaq!” sahilyanı təmizlik aksiyasına qoşulub

Dövlət ümumi təhsil müəssisələrində müəllimlərin 82,5 faizini qadınlar təşkil edir

Göylərdə keçən ömür – Rafiq Səlimovun xatirələri

Türk dünyasının birliyi: Bakı görüşləri və strateji müttəfiqliyin yeni mərhələsi - ŞƏRH

ADPU tədqiqat universiteti olmaq üçün yeni hədəflər müəyyənləşdirib

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub VİDEO

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub VİDEO

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

ADAU ilə “TEG Agroservis” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

ADAU ilə “TEG Agroservis” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

Azərbaycan FAST çərçivəsində iqlimədavamlı kənd təsərrüfatı üzrə təşəbbüslərini təqdim edib

Ümumi təhsil müəssisələrinin məzunlarının sayı artıb

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Monteneqro millisinin sabiq basketbolçusu “Neftçi”yə keçib

Fransada silahlı insident: Ölən və yaralanan var

İİTKM ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri dəyərləndirilib

"Araz-Naxçıvan" baş məşqçisi ilə yollarını ayırıb

Qafqaz Albaniyasının mədəni irsi - tədqiqat

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

Baş məşqçi: Dünya Kuboku inkişaf baxımından üzgüçülərimiz üçün mühüm imkanlar yaradacaq

Qazaxıstanda Beynəlxalq Sığorta Forumunda ölkəmizdə sığorta sektorunda aparılan islahatlar barədə məlumat verilib