® “Bir” Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark’26”ya qeydiyyatı açıq elan edir
Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan “Bir” ölkədə ilk dəfə keçiriləcək “Spark’26” tələbə-texnologiya festivalına qeydiyyat prosesinə start verir. Sentyabrın 5-də “Elektra Events Hall”da baş tutacaq festival texnologiya həvəskarı olan gəncləri bir araya gətirəcək.
Tədbir iştirakçılara aparıcı texnologiya brendləri ilə tanışlıq, sahənin peşəkarları ilə netvörkinq, yeni biliklər və karyera imkanları vəd edir. Festivalda müxtəlif texnoloji mövzularda çıxışlarla yanaşı, əyləncəli proqram, sürpriz qonaqlar və hədiyyə qazanmaq şansları da yer alacaq.
“Spark’26” festivalında iştirak etmək istəyən texnologiya və əlaqəli ixtisaslar üzrə bakalavrın son kurs tələbələri, magistrantlar və yeni məzunlar fərdi qaydada müraciət edə bilərlər. Müraciətlər 24 avqust tarixinədək qəbul edilir və yalnız seçim mərhələsindən uğurla keçən iştirakçılara dəvətnamə göndəriləcək.
Qeydiyyat linki: https://careers.bir.az/
“Bir” Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – “Birbank” rəqəmsal mobil bankçılıq tətbiqi, “Birmarket” e-ticarət platforması, “Milliön” ödəniş terminalları və “m10” rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də “Trendyol Azərbaycan” və “BakıKart”la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində “Bir” Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az