Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qivami Rəhimli: Bir ömrün yaddaşında qalan izlər – Tamam Bayatlı

Qivami Rəhimli: Bir ömrün yaddaşında qalan izlər – Tamam Bayatlı

Bakı, 18 avqust, AZƏRTAC

“Əsrin müqaviləsi”nin reallaşdırılmasında iştirak edən bp şirkətində çalışan ilk azərbaycanlı mütəxəssislərdən biri, filologiya üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Qivami Rəhimli uzun illər bir yerdə çalışdığı həmkarı Tamam Bayatlı haqqında şəxsi xatirələrini və müşahidələrini qələmə alıb.

AZƏRTAC Qivami Rəhimlinin uzun illərin birgə fəaliyyətinə, şəxsi müşahidələrinə və xoş xatirələrinə əsaslanan həmin yazını oxuculara təqdim edir.

Bəzi insanlar var ki, uzun illər eyni iş mühitində çalışdıqdan sonra onların peşəkar fəaliyyətini şəxsi keyfiyyətlərindən ayırmaq çətin olur. Tamam Bayatlı da mənim üçün belə insanlardan biridir.

Tamam Bayatlı ilə yollarımız Azərbaycanın neft sənayesinin yeni mərhələyə qədəm qoyduğu, “Əsrin müqaviləsi”nin reallaşdırıldığı illərdə kəsişdi. Həmin dövrdən etibarən bp şirkətində uzun illər çiyin-çiyinə çalışdıq, eyni proseslərin içində olduq, bəzən mürəkkəb, bəzən isə olduqca gərgin vəziyyətlərin şahidi olduq. Bu illər ərzində onun yalnız öz işinin peşəkarı deyil, həm də çalışdığı sahədə daim ön sıralarda gedən, təşəbbüskarlığı və prinsipiallığı ilə seçilən bir sima olduğunun dəfələrlə şahidi oldum. O, prosesləri əvvəlcədən görməyə, yarana biləcək sualları qabaqcadan müəyyənləşdirməyə və ən mürəkkəb məsələlərə belə aydın, əsaslandırılmış cavablar tapmağa çalışıb.

Müstəqilliyin ilk illərində Azərbaycan dilinin dövlət dili statusu artıq hüquqi baxımdan təsbit olunmuşdu. Lakin qanunvericilikdə təsbit edilmiş statusuna baxmayaraq, o illərdə dövlət idarələrində və ictimai həyatın müxtəlif sahələrində rus dili hələ də geniş şəkildə işlədilirdi. Bu vəziyyət “Əsrin müqaviləsi”ni həyata keçirən neft konsorsiumunun fəaliyyətində də özünü aydın şəkildə göstərib.

Tamam xanım Azərbaycan dilinin yalnız Konstitusiyada dövlət dili kimi təsbit olunması ilə kifayətlənməyib, bu statusun real həyatda da öz əksini tapması üçün ardıcıl və prinsipial mövqe nümayiş etdirib. O, şirkət rəhbərliyinin diqqətinə Prezident Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi mövqeyini möhkəmləndirən fərman və qərarlarını çatdırır, bunun dövlət siyasətinin tərkib hissəsi olduğunu dönə-dönə vurğulayıb.

Mən həmin illərdə Tamam Bayatlının yanında olan insanlardan biri idim və onun bu məsələdə apardığı mübarizənin yaxından şahidi olmuşam. Açığını deyim ki, bu gün həmin dövrü xatırlayanda onun qarşısına çıxan maneələri necə ardıcıl şəkildə aradan qaldırdığını yada salmaq belə heyrət doğurur. Bu, heç də sadəcə dil məsələsi deyildi. Məsələ müstəqil Azərbaycanın özünü ifadə etməsi, dövlətçilik ənənələrinin gündəlik iş mühitində də özünü göstərməsi və milli kimliyimizin beynəlxalq şirkət mühitində layiqli yerini tutması ilə bağlı idi. Tamam Bayatlı bunu yaxşı anlayır və məhz buna görə Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsi məsələsində sona qədər prinsipial mövqe nümayiş etdirirdi.

Tamam Bayatlının prinsipial mövqeyi və ardıcıl səyləri nəhayət öz nəticəsini verdi. Azərbaycan dili “Əsrin müqaviləsi”ni həyata keçirən neft konsorsiumunun fəaliyyətində də öz dövlət statusuna uyğun mövqe qazandı. Daha maraqlısı isə bu prosesin yalnız azərbaycanlı əməkdaşlarla məhdudlaşmaması idi. Azərbaycana işləməyə gələn və əvvəlcə əsasən rus dilindən istifadə edən xarici mütəxəssislər də Azərbaycan dilinə maraq göstərməyə, onu öyrənməyə və gündəlik ünsiyyətdə istifadə etməyə başladılar.

Mən bu mübarizədə Tamam Bayatlı ilə həmfikir idim. Lakin bütün bunlara rəğmən, həmin prosesin əsas hərəkətverici qüvvəsi məhz Tamam Bayatlının özü idi. Onun cəsarəti, israrı, prinsipiallığı və qarşısına çıxan maneələrdən geri çəkilməməsi bu hadisəni mənim yaddaşımda xüsusi yer tutan bir nümunəyə çevirib.

Azərbaycanın müstəqillik tarixinin mühüm hadisələrindən biri - 1997-ci ildə Bakıda keçirilən “İlkin neft” hasilatına həsr olunan tədbirə xüsusi simvolik məna verən gözəl bir məqam yaşandı.

Heydər Əliyevin uğurlu neft strategiyasının şahidi olan bp şirkəti “Çıraq” yatağından “ilkin neft”in çıxarılması münasibətlə rəmzi məna daşıyan, müstəqil Azərbaycanın beynəlxalq simvolu kimi Böyük Britaniya kraliçasına ithaf edilmiş orijinal gül növlərindən xüsusi olaraq “Prezident Heydər Əliyev - sülh qızılgülü” növü yetişdirilib və bu yeni qızılgül növü Beynəlxalq Qızılgül Cəmiyyətində Ulu Öndərin şərəfinə qeydiyyatdan keçib.

Həmin tədbirdə neft konsorsiumun prezidenti Terri Adams şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ilə birlikdə bu qızılgülün rəsmi botaniki təsvirini Ulu Öndər Heydər Əliyevə təqdim edib.

Bu gün həmin illəri yada salarkən “Prezident Heydər Əliyev - sülh qızılgülü” də yaddaşımda Tamam Bayatlı ilə bağlı çoxsaylı xatirələrdən biri kimi yaşayır. Bir qızılgülün taleyi üzərindən bütöv bir dövrün – müstəqilliyin ilk illərinin, Heydər Əliyevin uzaqgörən neft strategiyasının və Azərbaycanın dünyaya açılan yeni yolunun izlərini görmək mümkündür.

Tamam Bayatlı ilə bu illər ərzində birgə həyata keçirdiyimiz layihələr sırasında “Uşaq Muğam Festivalı”nın mənim üçün xüsusi yeri var. Azərbaycanın milli musiqi irsinin qorunması, xüsusilə də Qarabağdan didərgin düşmüş ailələrin övladları arasında muğam ənənəsinin yaşadılması baxımından bu festival böyük əhəmiyyət daşıyırdı.

Bu layihə, əslində, muğamı Qarabağdan qoparmağa və onun tarixi-mədəni yaddaşını silməyə yönəlmiş işğal siyasətinə bir cavab idi.

Müsabiqənin səviyyəsi o qədər yüksək idi ki, ustad sənətkarlardan ibarət münsiflər heyəti qarşısında seçim etmək heç də asan deyildi. Arif Babayev, Əlibaba Məmmədov, Sara Qədimova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Canəli Əkbərov, Mələkxanım Eyyubova və Ağasəlim Abdullayev kimi böyük sənətkarların iştirakı festivalı sözün əsl mənasında gənc istedadlar üçün bir muğam məktəbinə çevirdi.

O günlərin həyəcanını xatırlayanda düşünürəm ki, “Uşaq Muğam Festivalı” sadəcə bir musiqi müsabiqəsi deyil, bu, milli mədəniyyətimizin qorunmasına, muğamın gələcək nəsillərə ötürülməsinə və Qarabağın mədəni irsinin yaşadılmasına yönəlmiş mühüm bir təşəbbüs idi. Tamam Bayatlı ilə çiyin-çiyinə bu təşəbbüsü həyata keçirmək mənim üçün həmin illərin ən dəyərli xatirələrindən biridir.

Tamam Bayatlının xarakterində həmişə diqqətimi çəkən başqa bir xüsusiyyət də onun erməni təxribatlarına və Azərbaycan həqiqətlərinin təhrif olunmasına qarşı barışmaz mövqeyi olub. Bu baxımdan bir hadisə xüsusilə yaddaşımda qalıb.

Cəbrayıl rayonunda həyata keçirilən “Şəfəq” layihəsi çərçivəsində ətraf mühitə təsirin qiymətləndirilməsini aparan xarici podratçı şirkətin hazırladığı materiallarda layihəyə birbaşa aidiyyəti olmayan bəzi yer adlarının təhrif olunmuş şəkildə təqdim edildiyini aşkar etdik. Daha narahatedici məqam isə həmin toponimlərin Azərbaycan coğrafiyası ilə deyil, erməni toponimikası və coğrafiyası ilə əlaqələndirilməsinə cəhd göstərilməsi idi.

Tamam Bayatlı ilə birlikdə məsələyə dərhal müdaxilə etdik və bu yanaşmanın qəbul edilməsinin qarşısını aldıq. Mən bu hadisənin həm şahidi, həm də iştirakçısı kimi deyə bilərəm ki, Tamam Bayatlı burada da özünəməxsus prinsipiallıq nümayiş etdirdi. Onun üçün bu, sadəcə bir sənəddəki yanlışlığın düzəldilməsi deyildi. Məsələ Azərbaycanın tarixi coğrafiyasına, toponimlərinə və milli yaddaşına münasibət məsələsi idi. Belə məqamlarda Tamam Bayatlının bir xüsusiyyəti xüsusilə nəzərə çarpırdı: qarşı tərəfin xarici şirkət olmasına, məsələnin texniki sənəd çərçivəsində təqdim edilməsinə və ya bunun “sadəcə bir yanlışlıq” kimi izah edilməsinə baxmayaraq, o, məsələni prinsipial şəkildə gündəmə gətirir, yanlışlığın aradan qaldırılmasını israrla tələb edirdi. Çünki yaxşı bilirdi ki, belə “kiçik” yanlışlıqlar zaman keçdikcə daha böyük təhriflərə yol aça bilər.

Tamam Bayatlı Azərbaycan dilinin dövlət statusunun beynəlxalq şirkət mühitində möhkəmlənməsi məsələsində necə prinsipial mövqe nümayiş etdirirdisə, Azərbaycanın tarixi coğrafiyasının və toponimik irsinin qorunmasında da eyni qətiyyəti nümayiş etdirirdi. Onun haqqında danışarkən onun yalnız peşəkar fəaliyyətindən söz açmaq, məncə, şəxsiyyətini tam şəkildə təqdim etməyə kifayət etmir. Onun xarici görünüşü də həmişə diqqət çəkib. Hələ tələbəlik illərindən onu türk kinosunun əfsanəsi Türkan Şoraya bənzədənlər çox olub. Məncə, bu bənzətmədə kifayət qədər həqiqət payı var.

Mən də bu bənzətmə ilə əlaqədar bir dəfə ona gözəlliyi vəsf edən məşhur xalq mahnımızı – “İrəvanda xal qalmadı” mahnısını ərməğan etdim. Bu bənzətmənin mənim üçün daha maraqlı və bir qədər də fərqli tərəfi isə Tamam Bayatlının özünün qədim İrəvan torpağından olmasıdır. İrəvan onun üçün yalnız mahnıda adıçəkilən bir diyar deyil, o, həm də yurd həsrətinin, ailə yaddaşının, köklərin və tarixi bağlılığın ifadəsidir. Bu baxımdan, həmin mahnının Tamam Bayatlıya hədiyyə edilməsi mənim üçün xüsusi bir məna daşıyırdı.

Tamam Bayatlının şəxsiyyətinin daha bir mühüm tərəfini xüsusi qeyd etmək lazımdır. O, tanınmış Azərbaycan şairi Vaqif Bayatlı Odərin yalnız həyat yoldaşı deyil, eyni zamanda, vəfalı dostu, ən yaxın sirdaşı və yaradıcılığının böyük dayağıdır.

Böyük söz adamlarının yaradıcılıq dünyasında onların yanında səssizcə dayanan insanların əməyi bəzən kifayət qədər görünmür. Halbuki belə insanların mənəvi və gündəlik dəstəyi olmadan bir çox böyük yaradıcılıq nümunələrinin ərsəyə gəlməsi heç də asan olmazdı. Tamam Bayatlı da Vaqif Bayatlı Odərin yaradıcılıq yolunda məhz belə bir görünməz, lakin əvəzsiz dayaqdır.

Gənc şair Vaqif Bayatlının Tamam Bayatlıya elçiliyinə Anar, Kamal Abdulla, Kamil Vəli kimi görkəmli ədib və ziyalıların gəlməsi bu münasibətin hansı ədəbi-mədəni mühitdə formalaşdığını göstərən maraqlı və yaddaqalan bir detaldır. İllər sonra isə Tamam Bayatlının Vaqif Bayatlı Odərin həyatındakı rolunun nə qədər böyük olduğunu bir daha görmək mümkün oldu.

Şairin 75 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbirin ərsəyə gəlməsində Tamam Bayatlının böyük əməyi oldu. Tədbirdə Anar, Kamal Abdulla, Aqil Abbas, Sabir Rüstəmxanlı, Rəşad Məcid və digər tanınmış qələm sahibləri, incəsənət və ictimai xadimlər iştirak etdilər. Onların Vaqif Bayatlı Odərin yaradıcılığı haqqında söylədikləri fikirlər şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyə verilən ehtiramın və sevginin ifadəsinə çevrildi.

Bu mənzərə mənə bir həqiqəti yenidən xatırlatdı: Tamam Bayatlı bu böyük sənətkarın yaradıcılığı üçün rahat mühit yaradan, onun qayğılarını bölüşən və çətin məqamlarda yanında dayanan ən yaxın insandır. Bəlkə də buna görə Tamam Bayatlının həyat hekayəsinin bir tərəfini onun peşəkar fəaliyyəti, digər tərəfini isə Vaqif Bayatlı Odərin yaradıcılığı ilə ayrılmaz bağlılığı təşkil edir.

Vaqif Bayatlı Odərin öz imzası ilə hədiyyə etdiyi kitabı vərəqlədikcə isə mən başqa bir hiss keçirirəm. Bəzi şeirlərində sanki misraların arxasından Tamam Bayatlının cizgiləri görünür. Onun zərifliyindən, xarakterindən, sədaqətindən, sevgisindən və həyatın çətinlikləri qarşısında göstərdiyi dözümdən izlər duyuram. Bəlkə də böyük şairin ilham mənbələrindən biri məhz ömrünü paylaşdığı, sevincini və qayğılarını bölüşən insandır. Mən Tamam Bayatlının iş həyatındakı prinsipiallığını və mübarizliyini, dostluğuna sədaqətini, milli məsələlərdəki qətiyyətini illər ərzində yaxından görmüşəm. İndi Vaqif Bayatlı Odərin şeirlərini oxuyarkən, şairin sözlə ifadə etdiyi duyğuların arasında həyat yoldaşının görünməyən, lakin hiss olunan varlığını axtarmaq və onun bəzi xüsusiyyətlərini poetik obrazlarda duymaq mənim üçün xüsusi təəssürat yaradır. Sanki şair öz daxili dünyasını sözə çevirərkən Tamam Bayatlıdan da müəyyən cizgiləri misralarına köçürüb. Əlbəttə, bu, mənim şəxsi duyğumdur. Amma bəzən bir insanı tanımağın ən gözəl yollarından biri onun haqqında deyilənləri oxumaq yox, onu sevən insanın yaradıcılığında necə əks olunduğunu hiss etməkdir.

Vaqif Bayatlı Odərin kitabını hər dəfə vərəqləyəndə mənim üçün həmin misralar artıq yalnız şairin poetik dünyasından xəbər vermir. Onların arasında Tamam Bayatlının da səsini, xarakterini və ruhundan gələn incə bir izi duyuram. Bu isə mənim üçün həmin kitabı daha da qiymətli və doğma edən duyğulardan biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş nazir: Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 milyard dollar təşkil edir

Zakir İbrahimov: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üçün genişmiqyaslı işlər aparır

“Mingəçevir Reqatası-2026”da Azərbaycanı təmsil edəcək avarçəkənlər bəlli olub

Çimərlik güləşi millisinin Dünya Seriyasının final mərhələsi üçün heyəti açıqlanıb

Əli Əsədov: Böyük Qayıdışa dair II Dövlət Proqramının təsdiqi gözlənilir

“AzerGold” qarşıdakı mərhələdə yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsini prioritet hesab edir

Daxili işlər naziri xarici dövlətlərin Polis akademiyalarına ezam olunan polis kursantları ilə görüşüb

Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazaxıstanda hərbçilərin həlak olmasının səbəblərinin araşdırılması üçün hökumət komissiyası yaradılıb

Xüsusi icra məmuru fəaliyyəti ilə bağlı müsabiqənin müsahibə mərhələsində uğur qazanmış namizədlər ilkin icbari hazırlığa cəlb olunacaqlar

Türk ekspert: Ermənistanın Azərbaycana qarşı təcavüzü iki suveren dövlət arasında beynəlxalq xarakterli münaqişəyə çevrilmişdi

Şəhid ailələri və müharibə iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub – BMU-da görüş

ANAMA: Azərbaycanda minatəmizləmə müasir texnologiyalar əsasında həyata keçirilir

Formula 1: İkinci sərbəst yürüşdə qəza baş verib

® “Expressbank” sahibkarlara 100 000 manatadək mikro kredit təklif edir

Növbəti iki gün hava necə olacaq?

O.M.Muradovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq

® “Bakcell”də hədiyyə mövsümü başladı

Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib

“AzərEnerji” vaxtilə təmas xətti olan ərazilərdə 3000-ə yaxın ağac əkib

Orta Dəhlizlə 2029-cu ildə 300 min konteyner daşınması planlaşdırılır

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başlayıb

“Toxumçuluq haqqında” Qanun ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək

Paytaxtın Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib VİDEO

Paytaxtın Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib VİDEO

Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb VİDEO

Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb VİDEO

AzTU-da tədbir: ermənilərin Qərbi Azərbaycanda törətdiyi etnik təmizləmə siyasəti pislənilib

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir VİDEO

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir VİDEO

Tamar İoseliani: Məqsədimiz Orta Dəhlizin vahid və inteqrasiya olunmuş sistem kimi fəaliyyətini təmin etməkdir

Məktəbə adaptasiya, akademik yük və telefon qadağası - təhsil ekspertinin şərhi

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye nazirlərinin 4-cü iclasında təmsil olunub

Adəm İbrahim: Süni intellektdən insanların işinin səmərəliliyini artırmaq üçün istifadə olunmalıdır – MÜSAHİBƏ

Metal filizlərinin hasilatı üzrə istehsalın dəyəri 42 faizdən çox artıb – QRAFİK

Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır

Tarix Muzeyində qiymətli mənbə: “Dərbəndnamə”nin nadir nəşri

Yeni reallıqda ölkəmizin siyasi manevr imkanları daha da genişlənib - ŞƏRH

Professor: İşğal dövründə Bəsitçay çinar meşələrinə ciddi ziyan vurulub

Oman nümayəndə heyəti “ASAN xidmət”də olub

Ağcabədidə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək VİDEO

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Yeni Robotik Reabilitasiya Mərkəzində icbari tibbi sığorta çərçivəsində 15 mindən çox xidmət göstərilib

İsraildə yaşayan azərbaycanəsilli gənclər Anım Gününə toplaşıb

Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb - YENİLƏNİB 2

Famil Rüstəmov: Regionlarda məşğulluğun genişlənməsi aqrar iqtisadiyyatın dayanıqlığını artırır

“№1”, “Kəhrəba”, “Nabat” əmtəə nişanlı qənd məhsullarında uyğunsuzluq aşkarlanıb

Özbəkistanın ali təhsil müəssisəsinin professor-müəllim heyəti AzTU-da təcrübə keçəcək

Almaniyada peşəkar kişi futbol komandasına rəhbərlik edən ilk qadın baş məşqçi istefaya göndərilib

Azərbaycanın müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

Azərbaycanın sosial müdafiə sahəsində rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

Səyyarə İbadullayeva: İşğal dövründə Qarabağın meşə və bitki örtüyünə ciddi ziyan vurulub

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib

Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb

İqtisadçı-alim: Aqrar sahənin inkişafı regionlarda infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlıdır

Qarabağ Zəfəri Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi - ŞƏRH

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ VİDEO

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ VİDEO

Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb

Sərdar Fərəcov: Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin təməlini formalaşdırıb

Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb

Azərbaycanın enerji strategiyası: geosiyasi reallıqlar və yeni enerji düşüncəsi

Hörmüzün ardınca Bab əl-Məndəb boğazının da təhlükəli vəziyyətə salınması neftin qiymətinin artmasına təkan verir

ADY rəhbərliyi Almaniya və Türkiyə dəmir yolu şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıb

Şotlandiyada insan alveri və narkotik istehsalı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri saxlanılıb

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib