İlk yarımildə Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi 206 milyon dolları ötüb
Astana, 18 avqust, AZƏRTAC
Qazaxıstanın Azərbaycanla xarici ticarət dövriyyəsi 2026-cı ilin yanvar-iyun aylarında 206 milyon dolları ötüb.
AZƏRTAC Qazaxıstanın Milli Statistika Bürosuna istinadla xəbər verir ki, ölkənin Azərbaycana ixracının həcmi 179,1 milyon dollara çatıb. Azərbaycandan Qazaxıstana ixrac olunan malların həcmi isə 27,2 milyon dollar təşkil edib.
Qazaxıstanın ümumi xarici ticarət dövriyyəsinin 0,3 faizi Azərbaycanın payına düşüb. Azərbaycanın ümumi ixracında Qazaxıstanın payı 0,4 faiz təşkil edib. Təqdim olunan məlumatlara əsasən, idxaldakı payı isə təxminən 0,1 faizdir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.08.2026 [16:06]
Mərkəzi Bank Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini yaradır
- 18.08.2026 [13:30]
Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir
- 18.08.2026 [13:03]
Azərbaycan manatının yeni siması: nüfuzlu jurnal nə yazır?
- 18.08.2026 [12:31]
Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA
- 18.08.2026 [12:29]
Orta illik inflyasiya 5,7 faiz səviyyəsində qərarlaşıb
Sabahın hava proqnozu açıqlanıb
- [12:35]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Rusiya Britaniyanı hədələyib
- [11:08]