Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycanın 3 güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında yarımfinala yüksəlib.
AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşində Ayxan Cavadov (60 kiloqram) 1/8 finalda fransalı Maqomed Varayevi 9:0, 1/4 finalda isə braziliyalı Pedro Enrike de Souza Rodriqesi 6:2 hesabı ilə məğlub edib. O, yarımfinalda iranlı Əmirəli Heydəri ilə qarşılaşacaq.
Elmin Əliyev (82 kiloqram) gürcüstanlı Luka Pipiya və yaponiyalı Rondo Kodamaya 8:0 hesabı ilə qalib gəlib. Təmsilçimiz 1/4 finalda özbəkistanlı Bekmurod Rustamovu ilk xal (1:1) prinsipinə əsasən üstələyib. İdmançı yarımfinalda belaruslu Kiril Valevski ilə üz-üzə gələcək.
Qadın güləşində isə Zəhra Kərimzadə (72 kiloqram) türkiyəli İlayda Çini “tuş”la məğlub edərək yarımfinala yüksəlib. O, final uğrunda hindistanlı Tanu Şarma ilə güləşəcək.
Esra Məmmədli (53 kiloqram) isə təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızına 1:7 hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.08.2026 [17:57]
Çempionlar Liqası: “Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır
- 18.08.2026 [15:41]
“Səbail” yeni futbolçu transfer edib
- 18.08.2026 [15:20]
Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar
- 18.08.2026 [15:16]
“Qarabağ” və “Tvente”nin 7-ci dueli: Əvvəlki oyunlar necə bitib?
- 18.08.2026 [14:24]
Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib
- 18.08.2026 [14:12]
Rumıniyalı futbolçu: "Neftçi"yə keçidimlə bağlı danışıqlar son mərhələdədir
- 18.08.2026 [13:47]