Badmintonçularımız Bolqarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
Bakı, 9 avqust, AZƏRTAC
Badminton üzrə Azərbaycan millisinin üzvləri Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Beynəlxalq Badminton Federasiyasının təqvim planında yer alan turnirlərdə çıxışlarını davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, badmintonçularımız avqustda iki beynəlxalq turnirdə qüvvəsini sınayacaqlar. İdmançılarımız avqustun 13-16-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək “Eurasia Bulgarian Open Championship” turnirinə qatılacaqlar. Reytinqi yüksək olan Edi Reski Dviçayo yarışa əsas, Ezmi Qovimuramadhoni isə təsnifat mərhələsindən başlayacaq.
Azərbaycan badmintonçuları daha sonra Ukraynanın Xarkov şəhərində keçiriləcək “RSL Kharkiv International” turnirində iştirak edəcəklər. Avqustun 29-dan sentyabrın 2-dək təşkil ediləcək yarışda Edi Reski Dviçayo mübarizəyə əsas, Ezmi Qovimuramadhoni isə təsnifat mərhələsindən qoşulacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]