Bakı Ali Neft Məktəbi İtaliyanın Genuya Universiteti ilə əməkdaşlıq edəcək
Bakı, 1 noyabr, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə İtaliyanın Genuya Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
Sənədi BANM-in rektoru Elmar Qasımov və İtaliyanın Genuya Universitetinin Mülki, kimya və ətraf mühit mühəndisliyi kafedrasının professoru Aqostino Bruzzone imzalayıblar.
Memorandum müəllim, professor, tədqiqatçı, əməkdaş və tələbələrin mübadiləsi, bakalavriat, magistratura və doktorantura proqramlarının həyata keçirilməsi, birgə diplom və ya ikili dərəcə proqramlarının reallaşdırılması, əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühitin idarə edilməsi aspektlərini özündə əks etdirən magistratura proqramının həyata keçirilməsi və digər məsələləri nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:40]
Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunubYENİLƏNİB
- 12.06.2026 [20:49]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [19:56]
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]