İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 150 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4924 manat olmuşdur. Təklif 150 min və tələb 100 min dollar olduğu halda, manatın məzənnəsi 2 bənd qalxmış və 1 dollar üçün 4922 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4922,78 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 2 milyon 38 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 10,033 milyarddır. Bir əqdə, orta hesabla, 185 273 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 9,772 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Aprelin 12-də birjada banklar arasında kredit alətləri üzrə əqdlərbağlanmamışdır.