BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə fevralın 1-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4904 manat olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4903,24 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməyərək, 1 dollar üçün 4903,24 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 2 milyon 184 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4904 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına əsasən USD/AZM T+0 aləti üzrə hərracların ümumi həcmi 2 milyon 184 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 10 milyard 710 milyondur. Bir əqdə, orta hesabla, 218 400 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM aləti üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 29,535 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Fevralın 1-də birjada kredit alətləri üzrə banklar arasında əqd bağlanmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]