BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,9173 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 700 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 0,0003 bənd qalxaraq, 0,9170 AZN olmuşdur.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 705 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,9170 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 1 milyon 405 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 1 milyon 288 min AZN təşkil edir. Bir əqdə orta hesabla 175 625 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZN, RUR/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 15,05 faiz, ABŞ dolları üzrə isə 15,34 faiz təşkil etmişdir.
Yanvarın 17-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.