BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,9106 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməmişdir.
EHBS-nin gündüz sessiyasında USDAZN T+0 alətləri üzrə 2 milyon 470 min ABŞ dollarına bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,9106 AZN olmuşdur.
Beləliklə, iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların həcmi 2 milyon 470 min ABŞ dolları təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 2 249 676 AZN təşkil etmişdir. Bir əqdə orta hesabla 823 333 dollar düşmüşdür.
USDAZN T+1, T+2 və SWAP-USDAZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AURAZN, RUB/AZN alətləri üzrə sifarişlər verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,90 faiz, ABŞ dolları üzrə isə 14,75 faiz təşkil etmişdir.
Hərracda banklar arasında kredit alətləri üzrə martın 16-da əqd bağlanmamışdır.