BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8982 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 137 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın ABŞ dollarına nisbəti dəyişməz qalmışdır.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 700 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8968 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 837 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 750 935 AZN təşkil edir. Bir əqdə orta hesabla 139 500 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZN T+0 aləti üzrə 62 min avro məbləğində bir əqd qeydə alınmışdır. Avronun məzənnəsi 1,1517 AZN olmuşdur.
Banklar AUR/AZN T+1 və RUB/AZN T+0 və T+1 alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,71 faiz, ABŞ dolları üzrə isə 14,40 faiz təşkil etmişdir.
İyunun 7-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.