BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8789 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 237 456 AZN olmuşdur. Sessiyanın yekunlarına görə manatın dollara nisbətdə məzənnəsi 0,0006 bənd düşmüş və 0,8795 AZN təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 7 541 938,40 AZN-ə bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8786 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 8 854 000 dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 7 779 403,40 AZN təşkil edir. Bir əqdə orta hesabla 1 475 667 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP-USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZN, RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 15,27 faiz, ABŞ dolları üzrə isə 15,33 faiz təşkil etmişdir.
Sentyabrın 13-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.