BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın analitik-informasiya şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 620 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4909 manata bərabər olmuşdur. 500 min dollar həcmində təklif və 620 min dollar həcmində tələb şəraitində manatın məzənnəsi 3 bənd düşərək, 1 ABŞ dolları üçün 4912 manat təşkil etmişdir.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4910,33 manat həddində olmuşdur. USD/AZM T+0 aləti üzrə BEST-də 5 milyon 374 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 26, 388 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 537,400 min dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
AVRAZM, RURAZM alətləri üzrə banklardan BEST-ə sifarişlər daxil olmamışdır.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə, ümumən, 1,200 milyard manat və 200 min ABŞ dolları məbləğində kreditlər yerləşdirmək üçün sifarişlər vermişlər. Həmin gün birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.