BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ NATO NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Səmimi görüş üçün təşəkkürünü bildirən Robert Simmons partlamamış mərmilərin təmizlənməsinə dair layihənin noyabrın 18-də Bakıda keçirilən təqdimat mərasimində iştirak etdiyini görüş iştirakçılarının nəzərinə çatdırmışdır. O bildirmişdir ki, SSRİ dövründən qalmış partlamamış mərmilərin məhv edilməsinə yaxın vaxtlarda başlanılacaqdır. Bu layihə NATO ilə Azərbaycan arasında əməkdaşlığın həyata keçirilməsində önəmli rol oynayır.
Qonaq noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərə toxunaraq demokratiyanın təmin edilməsi istiqamətində qazanılan irəliləyişlərdən, bəzi dairələrdə baş vermiş pozuntuların aradan qaldırılması məqsədi ilə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışmışdır.
Sonda NATO nümayəndəsi universitet tələbələrinin çoxsaylı suallarına ətraflı cavab vermişdir.