Bakı Fond Birjasında “AzerGold” QSC-nin yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 10-da Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ümumi dəyəri 20 milyon ABŞ dolları olan AZ2003019877 İSİN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 29-da QSC-nin ümumi dəyəri 20 milyon ABŞ dolları olan istiqrazlarının yerləşdirilməsi BFB-da rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. İstiqrazların baza emissiya prospekti və birinci buraxılış üzrə yekun şərtlərini
BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
|
Dövlət qeydiyyat nömrəsi - İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal dəyəri |
İllik faiz dərəcəsi |
Hərrac tarixi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
|
AZ2003019877 |
Faizli təmin edilməmiş sənədsiz adlı |
200 000 (ədəd) |
100 ABŞ dolları |
6% |
29.01.2024 |
3 il |
90 təqvim günündən bir |
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İŞ” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” bölməsində yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]