BAKI FOND BİRJASINDA DÖVLƏT QISAMÜDDƏTLİ İSTİQRAZLARIN YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 27-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Dörd sərmayədarın təqdim etdiyi sifarişin nominal məbləği 2 milyon 977 min 400 manatdır. Sifariş 98,36 faiz (gəlirlilik dərəcəsi 11,48 faiz) və 98,70 faiz (gəlirlilik dərəcəsi 9,07 faiz) qiymətdə təqdim edilmişdir.
İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 98,36 faiz (gəlirlilik dərəcəsi 11,48 faiz) və orta ölçülmüş qiymət 98,50 faiz (gəlirlilik dərəcəsi 10,49 faiz) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış dəyəri 168 min 600 manat daxil olmaqla 1 milyon 914 min 800 manat müəyyənləşdirilmişdir.
İstiqraz vərəqələri avqustun 19-da ödəniləcəkdir.
İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nin depozitarisində aparılır.