Bakı Fond Birjasında gender bərabərliyinə həsr edilmiş açılış zəngi keçirilib
Bakı, 9 mart, AZƏRTAC
Martın 9-da Bakı Fond Birjasının (BFB) təşkilatçılığı ilə videokonfrans formatında “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri keçirilib.
BFB-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə BMT-nin İnkişaf Proqramı ekspertləri tərəfindən gender bərabərliyi və dayanıqlı inkişaf prinsipləri ilə bağlı təqdimat olub.
Qeyd edək ki, hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirir. Bu il dünya üzərində 107 fond birjası tərəfindən “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirilib və Bakı Fonda Birjası da ilk dəfə olaraq bu tədbirə qoşulub.
Xatırladaq ki, 2020-ci ildə Bakı Fond Birjası BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]