BAKI FOND BİRJASINDA QISAMÜDDƏTLİ NOTLARIN YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Bakı Fond Birjasında Milli Bankın qeydiyyatından keçmiş, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Səkkiz investorun iştirak etdiyi hərracda sifarişlərin nominal məbləği 45 milyon 877 min 200 manat təşkil etmişdir.
Notların nominal üzrə reallaşdırılmış dəyəri 30 milyon manat
məbləğində müəyyənləşdirilmişdir.
Notların ödəmə tarixi oktyabrın 8-dir.