Bakı Gənclər Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 2-də Bakı Gənclər Mərkəzi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda ikihissəli tədbir keçirilib.
Bakı Gənclər Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirin birinci hissəsində rəsm sərgisi, panel müzakirələr, ikinci hissədə isə “İlin gənci” nominasiyaları üzrə mükafatlandırma mərasimi olub.
Üç yüzə yaxın gəncin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.
Panel müzakirələrdə Azərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavin Aynur Sofiyeva, Xalq artisti Murad Dadaşov, Əməkdar artist Tahir İmanov, Suraxanı rayonu şəhid ailələri və müharibə iştirakçısı ilə işin təşkili şöbə müdiri, Vətən müharibəsi iştirakçısı Elmar Hüseyn və professor Kənan Yusifzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyev barədə fikirlərini bölüşüb, gənclərin suallarını cavablandırıblar.
Tədbir bədii hissə və musiqi nömrələri ilə davam edib.