BAKI İDMAN SARAYINDA DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİGÜNÜNƏ HƏSR OLUNMUŞ BAYRAM KONSERTİ KEÇİRİLMİŞDİR.
Tədbirdə müxtəlif təşkilatların rəhbərləri, əmək veteranları, Milli Məclisin deputatları iştirak etmişlər. Sarayın foyesində isə rayon ictimai təşkilatları fəallarının, orta məktəblərin hazırladığı əl işləri sərgisi nümayiş olunmuşdur. Mərasimdə ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən videolentlər göstərilmiş, dahi şəxsiyyətin müstəqil Azərbaycanının inkişafında misilsiz xidmətlərini əks etdirən kadrlar alqışlarla qarşılanmışdır. Ulu öndərin ölkəmizin vətəndaşlarını vəhdət halında birləşdirən “azərbaycançılıq” ideyasının bütün dünyada yayılmasının vacibliyi xüsusi vurğulanmışdır.
Ay ərzində rayonun şagird və tələbələri arasında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müxtəlif müsabiqələr keçirilmişdir. Bayrama həsr olunmuş rəsm, şeir, breyn-rinq və ən yaxşı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılmışlar. Mərasim respublikamızın incəsənət ustalarının konsert proqramı ilə müşayiət olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [22:34]
Bakıda beynəlxalq tanqo marafonu davam edir
- 10.10.2026 [18:40]
“GastroFest 2026” festivalı yekunlaşıb
- 10.10.2026 [11:55]
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb
- 09.10.2026 [23:00]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [22:17]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [19:21]