BAKI KONFRANSI AZƏRBAYCAN İLƏ TÜRKMƏNİSTAN ARASINDA ƏMƏKDAŞLIĞIN İNKİŞAFINA MÜHÜM TÖHFƏ VERƏCƏKDİR
Xarici işlər nazirinin müavini Xələf Xələfov AZƏRTAC-a bildirmişdir ki, Bakıda keçirilmiş və Azərbaycan ilə Türkmənistanın karbohidrogen ehtiyatlarının hasilatı və ixracı sahəsində əməkdaşlığına həsr edilmiş konfrans ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəkdir.
X.Xələfov qeyd etmişdir ki, konfransın həm siyasi, həm də iqtisadi əhəmiyyəti vardır. Konfrans dövlətlər arasında aparılan faydalı fikir mübadiləsinə, regionda gələcək enerji və kommunikasiya layihələrinin inkişafına böyük töhfədir. Bu beynəlxalq tədbir göstərdi ki, Azərbaycan və Türkmənistan rəqib deyil, açıq əməkdaşlığa hazır olan ölkələrdir. Bu əməkdaşlıq həm ölkələrimiz, həm də region dövlətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaranması üçün zəruridir. Artıq bu mühit mövcuddur və biz bu mühitin daha da yaxşılaşmasının tərəfdarıyıq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]