BAKI KUBOKU UĞRUNDA ŞAHMAT TURNİRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də Respublika Şahmat Mərkəzində XVIII-ci Bakı kuboku uğrunda şahmat üzrə açıq turnirə yekun vurulmuşdur.
Azərbaycan Şahmat Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə 72 şahmatçı müxtəlif yaş qruplarında mübarizə aparmışlar.
Qadınlar arasında turnirin qalibi adını dünya və Avropa birinciliklərinin mükafatçısı Gülnar Məmmədova qazanmışdır. Xəyalə İsgəndərova 2-ci, Aytən Ağayeva isə 3-cü yerlərə layiq görülmüşlər.
Uşaqlar arasında Nicat Abbasov, ən yaşlılar arasında isə Telman Rzayev fərqlənmişlər. Yüksək nəticə göstərmiş bu idmançılar da öz yaş qruplarında 1-ci yeri tutmuşlar.
Yarışda yüksək yerlər tutmuş şahmatçılara diplomlar və pul mükafatları təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [17:48]
“Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
- 16.05.2025 [17:46]
"Sumqayıt"ın kapitanı futbolçu karyerasını başa vurur
- 16.05.2025 [17:41]
UFC-nin şöhrət zalının üzvü Bakıya gələcək
- 16.05.2025 [16:26]
Qaxda yeni cüdo zalının açılışı olub
- 16.05.2025 [14:40]