“Bakı Metropoliteni” QSC 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər planını açıqlayıb
Bakı, 17 yanvar, Elvin Camalov, AZƏRTAC
“Bakı Metropoliteni” QSC 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər planını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, yanvarın 20-də səhər saatlarından metronun “20 Yanvar” stansiyasında qərənfillərdən ibarət kompozisiya olacaq: “Stansiyada matəm musiqisi səsləndiriləcək. Saat 12:00-da stansiyalarda hərəkət dayanacaq, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad ediləcək və qatarlar fit verəcək”.
N.Paşayevin sözlərinə görə, gün ərzində bütün stansiyalarda qərənfillər düzüləcək və matəm musiqiləri səsləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]