Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı qəzasında türk-müsəlman əhaliyə qarşı soyqırımı

Bakı, 31 mart, AZƏRTAC

1917-ci ilin fevral inqilabından sonra Bakı sinfi mübarizənin və hakimiyyət uğrunda çarpışmaların mərkəzinə çevrilmişdi. Bu dövrdə Bakı bolşeviklərinin tərkibində ermənilərin çoxluq təşkil etməsi sonralar Azərbaycanın türk-müsəlman əhalisi üçün ağır nəticələr vermişdi. Bakıda Daşnaksütyun partiyasına və Erməni Milli Şurasına tabe olan yaxşı silahlanmış hərbi dəstələr yerləşdirilmişdi. Onlara keçmiş rus ordusundan böyük miqdarda silah qalmışdı. Eyni zamanda, kifayət qədər pul vəsaitinə malik olan Erməni Milli Şurası tərxis edilən rus əsgərlərindən əsasən tüfəng almışdı. 1917-ci il 25 oktyabr çevrilişinədək Bakıda bir neçə min silahlı erməni əsgər və zabiti var idi ki, onlar buraya cəbhənin müxtəlif yerlərindən gəlmişdilər və Zaqafqaziyada təşkil edilmiş erməni korpusunu komplektləşdirmək üçün saxlanmışdılar. Mart soyqırımı ərəfəsində erməni milli hərbi hissələri Q.Korqanovun yaratmağa başladığı silahlı qüvvələri ilə birləşdilər. Bu zaman Qırmızı Ordunun qərargah rəisi çar ordusunun keçmiş polkovniki, Daşnaksütyun partiyasının üzvü Z.Avetisov idi. Mart qırğını ərəfəsi Bakı bolşeviki Avakyan vəziyyətindən və vəzifəsindən asılı olmayaraq, komitəyə gələn bütün ermənilərə silah və patron paylayırdı. Ermənilər artıq bir neçə ay idi ki, ciddi silahlanırdılar, şəhərin ermənilər yaşayan hissəsinə - Ermənikəndə və Bakı kəndlərinə silah, patron, pulemyot daşınırdı.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov söyləyib.

V.Abışov bildirib ki, bütün bunlar S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin gözü qarşısında baş verirdi və əslində özləri də buna kömək göstərirdilər. Rus məmurlarına, rus fəhlələrinə və əsgərlərinə istinad edən menşevik, eser, kadet, daşnak və bolşevik olmaq üzrə müxtəlif siyasi firqələr ətrafında birləşən Azərbaycandakı ruslar “Müsavat”ın yaratdığı hərəkat qarşısında daxili mübahisə və mübarizələrini unudub “Müsavat”a qarşı vahid cəbhədə birləşdilər. 1918-ci il martın 15-də S.Şaumyan deyirdi: “Bizim siyasətimiz - vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdir”. Bakı və ətrafının bolşevikləşdiyini fikirləşən S.Şaumyan erməniləri və rus əsgərlərini, xüsusilə Xəzər hərbi dəniz donanması matroslarını türk-müsəlman əhaliyə qarşı təhrik etməyə başlamışdı. Erməni əhalisinin bütün siniflərinin nümayəndələri bu müharibədə iştirak etməyi özlərinə “borc” bilirdilər. Bütün bunlar azmış kimi, S.Şaumyan Moskvadan hərbi kömək almaq üçün müraciət etmişdi. O, Stalinə məktub yazaraq Qafqaz qırmızı ordusunu yaratmaq üçün təcili on milyon manatın (rubl) ayrılmasını xahiş edirdi. RSFSR Xalq Komissarları Soveti 1917-ci ilin dekabrında Bakı Sovetinə 500 min rubl, 1918-ci ilin birinci rübündə isə Bakıya 30,8 milyon rubl göndərmişdi. Həmin ilin martında Moskva hərbi dairəsinin komandanlığı Bakıya hərbi dəstə, iki təyyarə (aeroplan), beş min silah göndərilməsinə göstəriş vermişdi.

Ermənilərdən fərqli olaraq Bakıda türk-müsəlman əhalinin hərbi təşkilatı və sursatı demək olar ki, yox dərəcəsində idi. Belə olan halda, təbii ki, mübarizədə müsəlmanların qalib gəlməsi mümkün deyildi. Bunu yaxşı başa düşən S.Şaumyan, Daşnaksütyun və erməni milli şurası Bakı şəhərində qabaqcadan planlaşdırılan və xüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar. Bütün faciələr türk-müsəlmanların yaşadıqları məhəllələrdə baş verirdi. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində qeyd olunur ki, Erməni Milli Komitəsinin hərbi drujinası adlandırılan, Yeqişa Paxlavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başlamışdı. Demək olar ki, eyni vaxtda Levon Saatsazbekovun erməni dəstəsi şəhərin “Şamaxinka” adlanan hissəsini atəşə tutdu. Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra, martın 31-də axşamüstü “İçərişəhərin alınması” əməliyyatı başlandı. Bu qırğın əməliyyatında N.Anançenko başda olmaqla, Suren Şaumyan (Stepan Şaumyanın oğlu), Ovçiyan, Qalstyan, Sarkis, Qaber-Kori, Artak, Manuçarov, Akopov və başqa “qırmızı qvardiyaçılar” fəal iştirak ediblər. Müsəlman meyitlərinin yandırılması və iyrənc formada təhqir edilməsinin erməni ziyalıları və kilsə xadimləri tərəfindən törədildiyini təsdiqləyən onlarca sənəd var. 1917-ci ildən bolşevik partiyasının üzvü olmuş Bülyumin xatirəsində yazırdı ki, 1918-ci ilin mart hadisələrində bolşeviklərin silahlı qüvvələri olmadığından daşnak dəstələrindən istifadə edilib. Lakin daşnak dəstələri öz alçaq işlərini həyata keçirərək vətəndaş müharibəsi əvəzinə milli qırğın törədib, iyirmi minədək müsəlmanı qətlə yetiriblər. Rusların Xəzər dənizindəki hərbi donanması ermənilərin fitvasına uyaraq şəhərin müsəlmanların sıx yaşadığı məhəllələrini top atəşinə tutublar. Bu atəş nəticəsində müsəlmanların əsas ibadət yeri sayılan Təzəpir məscidinin minarələri ağır zədə alıb. Erməni daşnakları bolşevik bayrağı altında, əlverişli mövqedən istifadə edərək əvvəlcədən hazırladıqları plana uyğun olaraq Bakı şəhərində 1918-ci il martın 30-dan aprelin 1-dək - üç gün türk xalqına qarşı qırğın törədiblər. Bu da minlərlə insanın ölümü ilə nəticələnib. Ermənilərin “biz bolşevik, sosialist bilmərik, müsəlmansan kifayətdir” deyə hətta müsəlman sosialistlərini qətlə yetirmələri bir daha onu göstərir ki, onların əsas planı türk-müsəlman əhalini daha çox qırmaq, qorxutmaq və doğma torpaqlarından qovmaq olub. Bakıda, eləcə də Azərbaycanın başqa bölgələrində türk-müsəlman əhalinin amansızcasına qətlə yetirilməsinə, onların evlərinin qarətinə bilavasitə rəhbərlik edənlərdən biri də erməni silahlı dəstələrinin rəisi Tatevos Əmirov olub. Onun qardaşı Arsen Əmiryan isə Bakı Xalq Komissarları Sovetinin tərkibinə daxil idi. Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan əşyaları isə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın cəsədi tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Fövqəladə Təhqiqat Komissiyasının şahid ifadələri əsasında hazırladığı sənədlərdə 1918-ci ilin martında, yalnız Bakı şəhərində, Bakı Sovetinin sərəncamında olan erməni silahlı dəstələrinin 12 mindən çox günahsız türk-müsəlmanı qətlə yetirdiyi göstərilib. Bakı şəhərində Bakı Sovetinin erməni-rus bolşevik qüvvələrin türk-müsəlman əhaliyə qarşı qanlı qırğınları zamanı ictimai və şəxsi binalara da çox böyük ziyan dəymişdi. Belə ki, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı. “İsmailiyyə” Xeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı ansambılına daxil olan XIV əsrdə tikilmiş Keyqubad məscidi yandırılıb külə döndərilmişdi. 1918-ci il noyabrın 22-də komissiya üzvləri Məmməd xan Təkinski ilə A.Kluqenin birgə tərtib etdikləri protokolda göstərilir ki, Azərbaycan-türk ordusunun Bakı şəhərinə daxil olması ilə Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Axundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda görkəmli ictimai binaların və müsəlmanların şəxsi mülklərinin şəklini çəkdirmişdi. Şəhərin bütün qeyri-türk hissəsi mart qırğını başlanan kimi sinfi fərq qoymadan xristianlıq zəminində müsəlman-türk əhalisinə qarşı birləşmişdi. Erməni ordusunun hissələri, özlərini bolşevik, menşevik adlandıranların hamısı bu işdə iştirak edirdilər. 1918-ci il aprelin 28-də bolşevik Ter-Qabrielyan Həştərxandan S.Şaumyana yazdığı məktubunda qeyd edirdi ki, hazırda Bakıdan kütləvi surətdə gələn rusların sosial vəziyyətindən asılı olmayaraq, hər hansı birindən Bakıda Sovet mübarizəsi haqqında soruşduqda, hamısı bir səslə deyir ki, Bakıda erməni-tatar qırğını gedir və qırğın ermənilər tərəfindən törədilib. Erməni Milli Şurasının orqanı olan və Bakıda çapdan çıxan “Naşa vremya” qəzeti yazırdı ki, Bakı şəhərində müsəlman əhalisinə qarşı ayrı-ayrı erməni qrupları tərəfindən törədilmiş vəhşilikləri heç kim inkar edə bilməz. Beləliklə, 1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakıda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsl mahiyyəti arxiv sənədləri və elmi-tədqiqat materiallarından istifadə etməklə üzə çıxarılmış olur.

Ermənilər Bakıda qurulan bolşevik-daşnak rejiminin himayəsindən istifadə edərək azərbaycanlılara qarşı məkrli siyasətlərini həyata keçirməyə çalışmışdılar. Bu siyasətin nəticəsində minlərlə dinc azərbaycanlı qətlə yetirilmiş, onların evləri qarət olunub yandırılmış, mədəniyyət abidələri vəhşicəsinə dağıdılmışdı.

Hazırda Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, bir milyondan çox qaçqının acınacaqlı vəziyyətdə yaşaması və bütün bu hadisələrə qərb dövlətlərinin göz yumması, yaxud xristian təəssübkeşliyi ilə erməni mövqeyini müdafiə etməsi, eləcə də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin ermənilər tərəfindən yerinə yetirilməməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi bir daha onu göstərir ki, dünyada xristian həmrəyliyi hələ də qalmaqdadır və Cənubi Qafqazda erməni dövləti haqsız olaraq müdafiə edilməkdədir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib