BAKI ŞƏHƏR MƏDƏNİYYƏT İŞÇİLƏRİNİN TOPLANTISI KEÇİRİLMİŞDİR
İdarədən AZƏRTAC-ın müxbirinə demişlər ki, toplantıda çıxış edən natiqlər son vaxtlar ayrı-ayrı sahələrdə olduğu kimi, mədəniyyətin inkişafına dövlətin göstərdiyi qayğı və diqqətdən danışmış, bu il görülmüş işlər, mövcud problemlər və onların aradan qaldırılması yollarından söhbət açmışlar.
Şəhər mədəniyyət idarəsinin rəisi, əməkdar incəsənət xadimi Həsənağa Qurbanovun çıxışında görülmüş işlər barədə geniş məlumat verilmiş, bəzi idarə və müəssisələrdə mövcud nöqsanlardan söz açılmış, həmin mədəniyyət təşkilatlarının rəhbərlərinə ciddi xəbərdarlıq edilmiş, qüsurları aradan qaldırmaq üçün onlara vaxt ayrılmışdır.
İdarə rəisi, eyni zamanda, kitabxanalar və istirahət parkları ilə bağlı daha çox problemlərin olduğunu və həmin problemlərin həlli üçün Bakı Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin köməyini vurğulamışdır.
Sonra mədəniyyət nazirinin müavini Ədalət Vəliyev toplantı iştirakçıları qarşısında çıxış etmişdir.
Tədbirdə imkansız ailələrdən olan 5 istedadlı şagirdə mədəniyyət idarəsinin təşəbbüsü ilə musiqi alətləri verilmişdir.
Axırda incəsənət ustalarının ifasında geniş konsert proqramı səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]