Bakı və Sumqayıtda oğurluq edənlər saxlanılıblar
Bakı, 16 dekabr, AZƏRTAC
Səbail rayonu ərazisində bir nəfərə məxsus 900 manat dəyərində təmir-tikinti alətinin talanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 41-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən C. Xasməmmədov və F. Abdullayev müəyyən edilərək saxlanılıblar.
Sumqayıt şəhərində isə ayrı-ayrı vaxtlarda bir nəfərin itirdiyi bank kartından, digərinin isə ödəmə terminalından maddi vəsaitlərini oğurlamaqda şübhəli bilinən 20 yaşlı N.Niftalıyev və 24 yaşlı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:21]
Baş prokuror Şəmkir rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [14:34]
Dövlət Xidmətinin rəisi Ağsuda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [13:45]