Bakı və Sumqayıtda oğurluq edənlər saxlanılıblar
Bakı, 14 yanvar, AZƏRTAC
Bakının Nəsimi rayon sakini olan üç nəfər polisə müraciət edərək mobil telefonlarının naməlum şəraitdə oğurlandığını bildiriblər. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 40 yaşlı İ.Ələkbərov müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs zərərçəkənlərin restoran, klinika və parkda nəzarətsiz qoyduqları mobil telefonlarını talayıb. Həmçinin İ.Ələkbərov ifadəsində daha bir paytaxt sakininin də telefonunu oğurladığını etiraf edib.
Polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində keçirilən tədbir zamanı isə marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən 55 yaşlı M.Hüseynxanov da saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [19:17]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [18:17]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]