BAKIDA 12 YAŞADƏK UŞAQLAR ARASINDA BEYNƏLXALQ ŞAHMAT TURNİRİ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 1-də Bakıdakı “Ambassador” hotelində uşaqlar arasında I beynəlxalq şahmat turniri başlanmışdır.
Beynəlxalq turnir “Hewlett Packard” şirkətinin Azərbaycan nümayəndəliyinin və “Makkabi-Azərbaycan” mədəni-idman cəmiyyətinin təşkilatçılığı ilə 12 yaşadək uşaqlar arasında keçirilir.
Turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin, İsrail səfirliyinin və digər təşkilatların nümayəndələri iştirak etmişlər.
Yarışda Azərbaycan, Hindistan, Rusiya, Türkiyə, Gürcüstan, ABŞ, Pakistan və İsraildən 36 gənc şahmatçı mübarizə aparır. Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Ülkər Umudovadır. Noyabrın 6-da başa çatacaq turnir 7 turdan ibarətdir.
Qaliblər HP şirkətinin istehsalı olan noutbukla (I yer), rəqəmsal fotoaparatla (II yer) və mobil telefonla (III yer) mükafatlandırılacaqlar.
Turnirdə ən yüksək yer tutan Azərbaycan şahmatçısı “Makkabi-Azərbaycan” mədəni-idman cəmiyyəti nümayəndə heyətinin tərkibində “Makkabi-Bolqarıstan”ın dəvəti ilə Bolqarıstana səfər edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır
- 07.10.2026 [08:18]
Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:37]