Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı keçirilib YENİLƏNİB

Bakı, 13 mart, AZƏRTAC

Martın 13-də Bakıda “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikası Milli Məclisi və ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupu tərəfindən təşkil edilib.

Tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Konfransın moderatoru Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib ki, konfrans çərçivəsində “Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi”, “Nəqliyyat və logistika prosedurlarının sadələşdirilməsi” və “Etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği” mövzularında panel iclaslar keçiriləcək.

Diqqətə çatdırılıb ki, ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılıb. Əgər qrup yaranan vaxt 17 ölkə onun üzvü idisə, bu gün üzvlərin sayı 22-yə çatıb. Bu da Avropa ölkələrinin Azərbaycanın təşəbbüsünə marağının göstəricisidir.

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova konfransda çıxış edərək deyib ki, dinamik inkişaf edən Azərbaycan bu gün regional və qlobal layihələrin reallaşmasında fəal iştirak edir. Ölkəmizin iştirakçısı olduğu və İpək Yolunun mühüm hissəsini təşkil edən Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün əməli addımlar atılır.

Bahar Muradova vurğulayıb ki, Azərbaycan İpək Yolu üzərində yerləşən əsas ölkələrdən biridir. Azərbaycan İpək Yolundan faydalanan ölkələrə imkanlar verən bir ölkə rolunu oynayır. Bu yolla bağlı həm Şərqdə, həm də Qərbdə fəaliyyət aparılır. Parlamentarilərin burada iştirak etmələri, bu layihə ətrafında fəaliyyət göstərmələri çox əhəmiyyətlidir. Azərbaycan İpək Yolunun bərpasına investisiya qoyan bir ölkədir.

Milli Məclis sədrinin müavini Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəhəng layihələr barədə məlumat verib. O, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəmi haqqında danışaraq bunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu deyib. Şimal-Cənub Nəqliyyat Dəhlizinin də Azərbaycanın iqtisadi inkişafına zəmanət vəd etdiyini deyən Bahar Muradova ölkəmizin coğrafi mövqeyinin dünya ölkələrinə böyük imkanlar yaratdığını vurğulayıb.

Bahar Muradova bildirib ki, Azərbaycanın İpək Yoluna Dəstək Qrupunun yaradılması təşəbbüsü ilə çıxış etməsi təsadüfi deyil. Azərbaycan bu təşəbbüsü irəli sürməyə mənəvi və siyasi haqqı olan ölkədir.

ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Bakı konfransının mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, bu layihənin həyata keçirilməsi ideyası haqqında danışıb. Bildirib ki, bu ideya irəli sürüləndə bir çox ölkələr layihəni dəstəklədi və ona qoşulmaq qərarına gəldi. Bu layihə ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayacaq.

Georgi Tsereteli iqtisadi, humanitar sahələrin ATƏT üçün önəmli sahələr olduğunu deyib. Bildirib ki, ATƏT yaranan problemlərə qarşı çox fəal şəkildə mübarizə aparır. Buraya terrorizmə qarşı mübarizə, münaqişələr daxildir. Lakin iqtisadi əməkdaşlıq da çox vacibdir.

“İpək Yolu bizim üçün çox önəmlidir. İpək Yolu elə marşrutdur ki, bu yol boyunca əhali yaşayır. Bu marşrut üzrə vacib şəhərlər yerləşir. Bunlar xalqlarımızın inkişafı baxımından əhəmiyyət kəsb edən şəhərlərdir. Nəqliyyat infrastrukturunu müasirləşdirmək də əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars dəmir yolunu buna gözəl misal kimi göstərmək olar. Ümumiyyətlə, hamımız üçün qarşımızda duran əsas prioritet iqtisadi sahədə müvəffəqiyyət əldə etməkdir”, - deyə ATƏT PA-nın sədri qeyd edib.

Monteneqro parlamentinin sədri İvan Brayoviç konfransın yüksək səviyyədə təşkil edildiyini bildirib. O, Azərbaycanda yüksək səviyyəli qonaqpərvərliyin şahidi olduğunu söyləyib. İpək Yolunun önəmindən danışan parlamentin sədri bunun Monteneqro üçün də mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. “Tarix bizə öyrədir ki, körpüləri tikməzdən əvvəl insan öz daxilində də bir körpü yaratmalıdır. Bu da dostluq körpüsü olmalıdır. Əgər bir şəxs özündən başqa heç kimi tanımırsa, o, kasıb qalacaq. Bu, eynilə ölkələrə də aiddir. Monteneqro da bu layihədə önəmli yer tutur. İpək Yolunda iştirak etmək ölkəmiz üçün çox vacibdir. Bu, ən vacib layihələrdən biridir”, - deyə İvan Brayoviç bildirib.

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, səmərəli çoxmodullu nəqliyyat dəhlizlərinin qurulması yolu ilə ticarətin asanlaşdırılması və regiondaxili və transregional infrastruktur uzlaşması ATƏT məkanında davamlı iqtisadi artıma töhfə verə bilər və verəcək. Xüsusilə də ATƏT-in yaxşı idarəetmə və uzlaşma ilə bağlı Hamburq Nazirlər Şurası, o cümlədən nəqliyyatla bağlı bütün müvafiq ATƏT sənədləri və qərarları bu xüsusda əməkdaşlıq üçün faydalı çərçivəni təmin edir.

Nazir qeyd edib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi İpək Yoluna Dəstək Qrupunun yaradılmasını alqışlayır. Bu gün burada 22 iştirakçı dövlət var. Əlbəttə ki, bu rəqəm arta bilər. Bu qrup ticarət dəhlizlərinin möhkəmləndirilməsi məqsədilə əsas element kimi regional nəqliyyat infrastrukturu məsələlərində dialoq üçün platforma rolunu oynayır.

Elmar Məmmədyarov qeyd edib ki, son illər Azərbaycan region boyunca nəqliyyat infrastrukturlarına sərmayə qoymaqla və tikintisini həyata keçirməklə əhəmiyyətli addımlar atıb. Bununla yanaşı, regionlararası ticarət dəhlizlərini uğurla dəstəkləmək və inkişaf etdirmək məqsədilə ölkədə möhkəm davamlı siyasi və makroiqtisadi sabitliyə nail olmaq və inkişaf etdirmək zəruri idi. Bu xüsusda, Azərbaycan bir neçə il əvvəl neft və qaz sənayesində xarici şirkətlər üçün əlverişli, liberal investisiya mühitini təmin etməklə artıq özünü sübut edib.

Nazir bildirib ki, Azərbaycan dövlətlərarası dinc münasibətlər və iqtisadi əməkdaşlıq öhdəliyi ruhu ilə ticarət dəhlizlərini və nəqliyyat infrastruktur layihələrini təşviq edir. Bu məqsədlə biz, həmçinin inklüziv regional əməkdaşlığın siyasi və ticari cəhətdən zəruri arxitekturasını gücləndirmək üçün regional və subregional dövlətlərarası çərçivələr şəbəkəsini də yaratmışıq. Maneələrin aradan qaldırılması, regional və regionlararası layihələrdə müxtəliflik yaradılması Azərbaycanın ikitərəfli münasibətlərində və tərəf olduğu bütün beynəlxalq və regional iqtisadi təşkilatlarda önəm verdiyi istiqamətlərdən biridir.

Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatar bildirib ki, ölkəsi siyasi və iqtisadi cəhətdən İpək Yolu marşrutunu dəstəkləyir. Monqolustanın dənizə çıxışının olmaması və bu marşrutdan istifadə etməsi onun üçün yaxşı imkanlar yaradır. İpək Yolu, eyni zamanda, çox vacib bir mexanizmdir. Bu, bütövlükdə Avrasiya məkanında istifadə olunması üçün vacib bir marşrutdur.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Yol inkişaf və çiçəklənmə deməkdir” fikrini xatırladıb. O bildirib ki, bu baxımdan İpək Yolu mühüm önəm kəsb edir. Bu yol təkcə məhsulların daşınması baxımından vacib deyil, onun mənası daha genişdir.

Baş katib vurğulayıb ki, əgər 30-40 il bundan əvvəl ölkələrin inkişafı neftlə, qazla ölçülürdüsə, bu gün nəqliyyat, texnologiya ilə ölçülür.

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Mirçea Çiopraqa TRACECA barədə məlumat verib. Bildirib ki, Avrasiya İpək Yolu ideyasının yenidən gündəmə gəlməsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRACECA-da öz təzahürünü tapıb. TRACECA-nın məqsədi təkcə xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarixin və mədəniyyətin gələcək üçün qorunub saxlanmasını təmin edir. TRACECA ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafının ayrılmaz hissəsidir və eyni zamanda, qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlıq üçün güclü bir alətdir.

Çinin Azərbaycandakı səfiri Vey Cinhua Bakı konfransının əhəmiyyətinə toxunub. O deyib ki, belə tədbirlərin keçirilməsi ölkələrin qarşılıqlı əlaqələrinin inkişafı üçün imkanlar yaradır. İpək Yolu marşrut xətti boyunca ölkələr arasında əlaqələrin genişlənməsinə mühüm töhfələr verə biləcək əhəmiyyətli bir layihədir.

Konfrans işini panel iclaslarla davam etdirib.

“Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi” mövzusunda birinci panel iclas Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın moderatorluğu ilə keçib. Bahar Muradova qeyd edib ki, ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın, xüsusilə ticari əlaqələrin möhkəmləndirilməsi çox vacibdir. Bu istiqamətdə müxtəlif tədbirlər təşkil edilir, irimiqyaslı layihələr həyata keçirilir.‬

Panel iclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanın İpək Yolu layihəsinin həyata keçirilməsində həmişə fəal iştirak etdiyini söyləyib. Layihənin ölkəmizə məxsus hissəsinə investisiyalar yatırılıb. Görülən işlər ölkəmizin bu işə necə önəm verməsinin bariz nümunəsidir. Bakıda keçirilən bu beynəlxalq konfrans da bunun bir göstəricisidir. Belə nəhəng layihələr ölkələrə iqtisadi fayda verir. Azərbaycan bu kimi irimiqyaslı layihələrdə hər zaman uğurla iştirak edir.

Rumıniyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Assambleyanın vitse-prezidenti Viktor Paul Dobre iqtisadi əlaqələrin inkişafının ölkələr üçün prioritet məsələ olduğunu söyləyib. O, belə yanaşmanın ATƏT regionunda iqtisadi konsepsiya ilə bağlı olduğunu və bu konfransın məqsədlərinə uyğun gəldiyini vurğulayıb. Viktor Paul Dobre ölkəsinin müxtəlif layihələrlə bağlı əməkdaşlıqlara önəm verdiyini qeyd edib.‬

Belarusun ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Boleslav Pirştuk qeyd edib ki, sülh və təhlükəsizliyin qorunub saxlanması, sabitliyin davam etdirilməsi ümumi maraqlarımıza xidmət edir. İpək Yolu qarşılıqlı faydalı əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi baxımından çox önəmlidir. Avrasiya məkanında əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Belarus Avrasiyada önəmli yer tutan bir ölkədir.

Avstriyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Roman Hayder İpək Yolu ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində işlərin davam etdirilməsinin zəruriliyini qeyd edib. Bildirib ki, bu məsələ həmin ölkələrin iqtisadi sabitliyinə müsbət təsir göstərən əsas amillərdən biridir. Eyni zamanda, iqtisadi əlaqələrin möhkəmləndirilməsi xalqlar arasında demokratik dəyərlərə əsaslanan əlaqələr də yaradır.

“Nəqliyyat və logistika prosedurlarının sadələşdirilməsi” mövzusunda ikinci panel Serbiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Stefana Miladinoviçin moderatorluğu ilə keçib. Panel iclasda çıxış edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Azərbaycan Dəmir yolları” QSC-nin sədr müavini Hicran Valehov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Tahir Məmmədov və digərləri çıxış edərək bildiriblər ki, ölkələrin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası, infrastrukturun inkişafı, bu sahənin davamlı maliyyələşdirilməsi, xidmətin keyfiyyətinin artırılması, nəqliyyatdan istifadənin sadələşdirilməsi məsələlərinə önəm verilməlidir. Qeyd olunub ki, bununla bağlı bir sıra beynəlxalq layihələrə qoşulmaq üçün təşəbbüs göstərməlidir.‬

“Etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği” mövzusunda üçüncü panel iclas Avstriyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini Reinhold Lopatkanın moderatorluğu ilə keçib. ‬

Panel iclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə həyata keçirilən islahatlar barədə danışıb. O, Azərbaycanda belə beynəlxalq tədbirlərin keçirilməsinin heç də təsadüfi olmadığını deyib. Nazir Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələrin ölkəmizin dünyada nüfuzunu daha da artırdığını vurğulayıb. Əbülfəs Qarayev, həmçinin vurğulayıb ki, bu cür beynəlxalq konfranslar ölkələr arasında etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. O, Azərbaycanın mədəni əlaqələr, dini tolerantlıq baxımından digər ölkələr üçün nümunə olduğunu bildirib.

Moldovanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Sergey Sirbu, Bolqarıstanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri Desislava Atanasova və digərləri çıxış edərək ölkələr arasında qarşılıqlı dialoqa əsaslanan mədəni mübadilənin həyata keçirilməsinin önəmindən danışıblar.‬

Beynəlxalq konfransın yekununda Bakı Bəyannaməsi qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO