Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində Daimi Komitənin iclası keçirilmişdir

Bakı, 28 iyun (AZƏRTAC). İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası çərçivəsində qurumun Daimi Komitəsinin iclası keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, iclası giriş nitqi ilə açan ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç qurumun ötən bir ildəki fəaliyyəti haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Assambleya çoxşaxəli fəaliyyət göstərmiş, QHT sektoru və beyin mərkəzləri ilə əməkdaşlığa üstünlük vermişdir. Bizim üçün hər bir üzv dövlətin fikri önəmlidir. Ölkələrin rəhbərləri, parlament sədrləri, xarici işlər nazirləri ilə görüşlər keçirilir.

O, qeyd etmişdir ki, ATƏT Avropada sülh, sabitlik və əməkdaşlığın sütunlarından biridir. Biz ötən il ərzində birgə yaxşı əməkdaşlıq edə bilmişik. Həmçinin “Helsinki + 40” Aktı çərçivəsində uğurlu əməkdaşlıq etmişik. İnanıram ki, Parlament Assambleyasının Bakı sessiyası bizim ümumi qayəmizi əhatə edə biləcəkdir.

ATƏT Parlament Assambleyasının QHT-lərlə əməkdaşlığın genişləndirilməsinə də xüsusi önəm verdiyini deyən R. Krivokapiç parlamentlərin demokratiyanın təminində önəmli rol oynadığını bildirmişdir. Qeyd edilmişdir ki, parlament diplomatiyası mahiyyətinə görə ənənəvi diplomatiyadan heç də geri qalmır. ATƏT təkcə dialoq forumu deyil, həm də əməli addımlar atan təşkilatdır.

R.Krivokapiç demişdir: “Qurum regionda təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm işlər görməlidir. Ötən dövrdə kollektiv səylərimizlə bir çox problemlərin həllinə töhfələrimizi verməyə çalışdıq. Seçki müşahidə missiyası bizim əsas fəaliyyət dairəmiz olmuşdur. ATƏT Parlament Assambleyası dünyanın digər mötəbər qurumları - BMT, Avropa Şurası ilə də səmərəli əməkdaşlıq edir.

Ukrayna böhranı təbii ki, regional təşkilat olaraq bizi çox narahat edir. ATƏT münaqişənin həll olunmasında körpü ola bilər. Biz vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışırıq. Düşünürəm ki, biz bu təşkilata üzv olan dövlətlər arasında əməkdaşlığı daha da genişləndirməyə çalışmalıyıq.

ATƏT sülh, sabitlik və Avropada əməkdaşlığın inkişafında sütun rolunu oynayır. Biz Avropada təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə işimizi davam etdirməyə çalışacağıq. Bütün fürsətlərdən istifadə etmək lazımdır ki, fəaliyyətimizin səmərəliliyinə nail ola bilək”.

Sonra ümumi müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova bildirmişdir ki, Bakıda keçirilən iyirmi üçüncü illik sessiya öz səmərəliliyi, önəmli qərarları ilə ATƏT Parlament Assambleyasının işinə töhfə verəcəkdir.

İl ərzində ATƏT-in, o cümlədən Ranko Krivokapiçin fəaliyyətini yaxından izlədiyini bildirən B.Muradova demişdir: “Ranko Krivokapiç bir illik fəaliyyəti ərzində ATƏT Parlament Assambleyasının rolunun artırılması və qurumun institutları arasında münasibətlərin normallaşması istiqamətində çox ciddi başlanğıclara start vermişdir”.

Bahar Muradova əminliyini bildirmişdir ki, bugünkü iclasda qaldırılacaq məsələlər Assambleyanın qarşıdakı fəaliyyəti dövründə gündəliyə daxil ediləcəkdir. O demişdir: “Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Joao Suareşi çox yaxşı tanıyırıq. O, Cənubi Qafqaza və bu regiondakı problemlərə yaxşı bələddir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT və onun Minsk qrupu nəticə olmasa da, fəal görünür. Ancaq ATƏT PA-da bu fəallıq hiss olunmur. Xüsusi nümayəndə Suareşin mandatının və səlahiyyətinin artırılması istiqamətində düşünürsünüzmü? Mən düşünürəm ki, buna ehtiyac vardır. Onun Assambleyanın xüsusi nümayəndəsi olaraq fəaliyyəti sizi qane edirmi?”

ATƏT PA-nın prezidenti Ranko Krivokapiç Bahar Muradovanın sualının cavabında demişdir: “Əlbəttə biz bunu etmək istərdik. Biz ATƏT PA-nın rolunu, potensialını artırmaq niyyətindəyik. Xüsusi nümayəndələrin işinə diqqət artmışdır. Joao Suareş fəaldır. Cenevrədə yenidən bu məsələni qaldıracağıq. Suareşin fəaliyyəti üçün büdcədən kənar vəsait tapmağa çalışırıq. Ukraynadakı kimi daha fəal olmağa çalışırıq. Joao Suareş bunu təkbaşına edə bilməz, ona dəstək verməliyik. Bu, çox mühüm məsələdir. Biz bu sahədə müxtəlif təcrübələrdən istifadə edəcəyik. Suareşin regiondakı səylərini yüksək dəyərləndiririk”.

İclasda qurumun büdcəsi ilə bağlı da müzakirələr aparılmış, ATƏT Parlament Assambleyasının yaxın bir il üçün nəzərdə tutulan büdcəsi qəbul edilmişdir.

Sonra müzakirələr davam etdirilmişdir. Daimi Komitənin iclasında ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini, senator Benjamin Kardinin Ukrayna məsələsi ilə bağlı hazırladığı qətnamə layihəsinin müzakirəsi ciddi etirazlara səbəb olmuşdur.

Qətnamə layihəsi ilə bağlı müzakirələrə qoşulan Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova demişdir: “Hesab edirəm ki, iclasın gündəliyinə kifayət qədər ciddi məsələlər daxil edilmişdir. Bizim bu məsələlərlə bağlı öz mövqeyimiz vardır. Bu məsələlərin bizi daha çox narahat etdiyini heç kim inkar edə bilməz. Bu münaqişə ilə bağlı məsələ bizə yaxın mövzu olduğu üçün bunun nə yerdə olduğunu daha yaxşı anlayır və ağır nəticələr verə biləcəyini düşünürük. Bu məsələyə bizim xüsusi yanaşmamız vardır. Mən amerikalı senator cənab Kardinə təşəkkür edirəm ki, Helsinki Yekun Aktının prinsiplərinin qorunması ilə bağlı mövqeyini bildirib. Qətnamənin tonu sərt, dili ciddidir. Biz 22 ildir ki, ərazisi işğal altında qalan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan və Dağlıq Qarabağ münaqişəsinin məhz Helsinki Yekun Aktının prinsiplərinə uyğun həllini gözləyən ölkə kimi bu cür qətnamənin qəbulunu çoxdan istəyirik. Mən hesab edirəm ki, səyləri birləşdirməklə ATƏT regionundakı mövcud münaqişələri aradan qaldırmaq və yeni yaranacaq münaqişələrin qarşısını almaq üçün çox ciddi addımlar ata bilər. Bu sözü xüsusi vurğulayıram - bu gün beynəlxalq hüquq prinsipləri tənəzzül dövrünü yaşayır. Dövlətlərin və beynəlxalq ictimaiyyətin, bizim hər birimizin qəbul etdiyimiz bu prinsiplərin demək olar ki, yaşamaq haqqı tanınmır. Belə bir şəraitdə biz qüvvələrimizi birləşdirərək ATƏT regionundakı bütün münaqişələrin həllinə tətbiq edilə, problemlərin aradan qaldırılmasına kömək ola, mövqeyimizi ciddi şəkildə ortaya qoya biləcək bir qətnamə hazırlaya bilərdik. Əlbəttə ki, cənab Kardin bu sənədi çox yaxşı işləyib. Düşünürəm ki, biz o zaman bunu dəstəkləyərdik ki, sənəd regiondakı bütün münaqişələri əhatə edərdi. Biz bu cür selektiv yanaşmanın tərəfdarı deyilik. Biz illərlə beynəlxalq hüquq prinsiplərinin pozulduğunu ATƏT-in bütün tədbirlərində, bütün beynəlxalq təşkilatlarda diqqətə çatdırmışıq. Qəbul edilən sənədlərdə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsiplərinin bütün müddəaların içərisində önəmli yer tutduğunu, regiondakı vəziyyətlərə məhz bu prinsiplər çərçivəsindən baxılmasını diqqətə çatdırmağa çalışmışıq.

Amma təəssüf ki, bizə çox az dəstək verən olubdur. Artıq son zamanlar həqiqət anlaşılmağa başlanılmışdır. Bu, məni sevindirir. Hər kəs ərazi bütövlüyü prinsipinin vacibliyini vurğulamaqdadır. Amma hesab edirəm ki, biz ən azı 22 il gecikmişik. Bu illər ərzində biz çox işlər görə bilərdik.

ATƏT münaqişələri, təhlükələri aradan qaldıran təşkilatdan bu gün onları yalnız qeydə alan təşkilata çevrilib. Məncə bu, bizim günahımızdır. Həmkarlarıma müraciət edərək soruşmaq istəyirəm ki, bugünkü məsələyə münasibət bildirdiyiniz kimi, illərlə bizim çağırış etdiyimiz məsələyə də bu şəkildə kəskin münasibət bildirmək istəyirsinizmi? Mən dəfələrlə ABŞ-a çağırışlar etmişəm ki, Birləşmiş Ştatlar öz nüfuzundan, təsir gücündən istifadə edərək Minsk qrupunun üzvü kimi öz borcunu yerinə yetirsin. Amma təəssüflər olsun ki, bu günə qədər biz belə kəskin, sərt bir sənədin şahidi olmamışıq.

Əlbəttə ki, mən Ukraynanın ərazi bütövlüyünün və böhranın sülh yolu ilə həllinin tərəfdarıyam, bu, mənim dövlətimin mövqeyidir. Bu, bizim prinsipial mövqeyimizdir. Təkcə ona görə yox ki, bizim torpaqlarımız işğal altındadır. Həm də ona görə ki, bütün beynəlxalq ictimaiyyət özünün qəbul etdiyi qayda-qanunlara hörmətlə yanaşmalıdır. Bu illər ərzində bu qayda-qanuna hörmət nümayiş etdirilmədiyi, problemlərə ayrı-ayrı ölkələrin maraqları prizmasından yanaşıldığı üçün biz ATƏT olaraq ümumi mövqe ortaya qoya bilməmişik. Bu gün də belə acınacaqlı durumdayıq. Təklif edirəm ki, bu sənəddə Moldovanın, Gürcüstanın, Azərbaycanın, Ukraynanın mövqelərinə dair müddəalar balanslaşdırılmış şəkildə əks etdirilsin. Düşünürəm ki, bizim bunun üçün kifayət qədər vaxtımız vardır. Bu vaxt ərzində bütün müddəalar burada əks etdirilə bilər. Bu birtərəfli, ATƏT regionundakı bütün münaqişələri əhatə etməyən sənəd geri götürülsün, qətnamədə Azərbaycanın, Gürcüstanın, Rusiyanın, Ukraynanın, Ermənistanın məsələlərlə bağlı mövqeləri ifadə edilsin. Bu sənədi hazırlamaqla biz həm də “Helsinki +40” yubiley tədbirinə töhfəmizi vermiş olacağıq”.

Komitənin iclası digər deputatların mövzu ilə bağlı müzakirələri ilə davam etmişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO