BAKIDA AVROPA GƏNCLƏR FORUMU KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, aprelin 27-də Bakıda ilk dəfə olaraq Avropa Gənclər Forumu (AGF) üzvlərinin iclası keçiriləcəkdir. Bu münasibətlə ölkəmizə gələn qonaqlar və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvləri aprelin 26-da Fəxri xiyabana gələrək ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, onun məzarı önünə əklil qoymuşlar. Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında olmuş, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla anmışlar.
Daha sonra “Park İnn-Azərbaycan” mehmanxanasında mətbuat konfransı olmuşdur. ARGTMŞ-nin sədri Fuad Muradov bildirmişdir ki, iclasa 44 ölkədən 75 beynəlxalq təşkilatın 150-yə yaxın nümayəndəsi gəlmişdir.
AGF-nin prezidenti Betina Şvarsmayer forumun Portuqaliyadan başlamış Azərbaycana qədər beynəlxalq gənclər təşkilatları və milli gənclər şuralarını birləşdirən Panavropa məkanının yeganə gənclər platforması olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, 1978-ci ildə gənclərin təşəbbüsü ilə fəaliyyətə başlamış Avropa Gənclər Forumu bütün qitədən on milyonlarla gənci öz ümumi maraqlarını təqdim etmək üçün bir araya gətirir.
Forum çərçivəsində Azərbaycanla Avropa ölkələri arasında xüsusi layihənin icrasına başlanılacaq. Betina Şvarsmayer layihənin 3 əsas hissəsini xüsusi qeyd etmişdir. Onun sözlərinə görə, Avropa ilə Azərbaycan arasında 1 illik kadr mübadiləsi, gənclərin müxtəlif sahələrdə biliklərinin artırılması və onlarla işləyən insanların fəaliyyət səviyyəsinin inkişaf etdirilməsi üçün treninq və seminarların təşkili də mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]