BAKIDA AVROPA GİMNASTİKA İTTİFAQI TEXNİKİ KOMİTƏSİNİN İCLASI KEÇİRİLİR
Bakıda Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin ikigünlük iclası başlanmışdır. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iclasda Texniki Komitənin prezidenti Hayde Bruneder (Avstriya) və onun 5 həmkarı - Jilbert Cianadda (İsveçrə), Anastasia Çarana (Yunanıstan), Natalya Kuzmina (Rusiya), Maria Tereza Nadal (İspaniya) və Mariya Petrova (Bolqarıstan) iştirak edirlər.
İclas zamanı Texniki Komitənin üzvləri iyunun 29-dan iyulun 1-dək Bakıda keçiriləcək bədii gimnasika üzrə 23-cü Avropa çempionatının püşkünü atacaqlar. Püşkatma gimnastların və qrup komandalarının çıxışlarının ardıcıllığını müəyyənləşdirəcəkdir. Gündəliyin əsas məsələləri çempionatın yekun proqramının, turnirin açılış və bağlanış mərasimləri ssenarilərinin təsdiqi və s. ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]