BAKIDA “AZƏRBAYCAN 100 İL İTAR-TASS-IN FOTOOBYEKTİVİNDƏ” SƏRGİSİ AÇILMIŞDIR
Azərbaycanda İTAR-TASS günləri çərçivəsində yanvarın 23-də Səttar Bəhlulzadə adına sərgi salonunda “Azərbaycan 100 il İTAR-TASS-ın obyektivində” adlı fotosərgi açılmışdır.
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu bu münasibətlə keçirilən mərasimi açaraq, qonaqları salamladı, İTAR-TASS günləri çərçivəsində ölkəmizə Rusiyanın tanınmış xadimlərinin, KİV rəhbərlərinin gəldiyini xatırlatdı, belə bir sərginin təşkilini yüksək qiymətləndirdi.
Sonra Rusiya nümayəndə heyətinin rəhbəri, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko çıxış edərək bildirdi ki, bu, postsovet məkanında açılan ilk genişmiqyaslı sərgidir. Ekspozisiyadakı fotoşəkillərdə ölkələrimiz arasında dostluq və əməkdaşlığı möhkəmləndirmək üçün əvvəlki və indiki nəsillərin gördükləri işlər əksini tapmışdır. Yüzillik tarixi əhatə edən sərgi o qədər çoxcəhətlidir ki, burada hər kəs özü üçün nəsə maraqlı bir məqamı tapacaqdır. Bu sərgi keçmişdəki ölkələrimizin həyatının müxtəlif anlarını əks etdirir - ilk neft quyuları və zavodlar, siyasi tədbirlər, istehsalat qabaqcılları, gözəl Bakı, ümummilli lider Heydər Əliyevin Prezident Vladimir Putinlə və digər dövlət başçıları ilə görüşləri və s.
Sonra mərasimə toplaşanlar 130-dan çox fotoşəkildən ibarət ekspozisiya ilə böyük maraqla tanış oldular.
Fotosərginin açılışında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, Rusiya nümayəndə heyətinin üzvləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]