Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda bal yarmarkası açılıb – YENİLƏNİB VİDEO

Laboratoriyaya təqdim olunan 3241 nümunənin 562-si keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun gəlmədiyinə görə yarmarkaya buraxılmayıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Tofiq Bəhramov adına respublika stadionunun ərazisində arıçılıq məhsullarının 20-ci respublika sərgi-satış yarmarkası açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov arıçılığın Azərbaycanda çox qədim peşə sahələrindən biri olduğunu və aqrar sektorun inkişafında xüsusi yer tutduğunu vurğulayıb. Qeyd edib ki, bu sahənin inkişafı ilə həm aqrar sektorda məşğulluğa, həm də ixraca mühüm töhfə verə bilərik.

Nazir müavini diqqətə çatdırıb k, son 2 ildə arıçılıq sahəsində bütövlükdə arı ailələrinin sayı təqribən iki dəfə artıb. Dövlət dəstəyi tədbirləri nəticəsində arı ailələrinin sayı təqribən 270 min ədəd təşkil edirdisə, ötən il bu göstərici 503 minə çatıb. Bu, çox ciddi artımdır.

Faktlara müraciət edən S.Talıbov deyib ki, əgər ötən illərdə təqribən 5-6 ton balın Yaponiyaya ixracını ciddi bir fakt kimi qeyd edirdiksə, artıq bu rəqəm 8 tondan çoxdur. Həmçinin ixrac coğrafiyası da önəmli şəkildə genişlənməkdədir. Artıq respublikamızın bal məhsulları təkcə yaxın qonşu ölkələrə və Yaponiyaya deyil, eyni zamanda, Körfəz ölkələrinə də ixrac olunur. Nazirlik rəsmisi bu coğrafiyanı daha da genişləndirməyin mümkünlüyünü bildirib: “Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi, Arıçılıq Assosiasiyası və arıçılar bu sahədə birgə məqsədyönlü tədbirlər həyata keçirməlidirlər. Əvvəlcə biz marketinq məsələlərini həll etməliyik. Yəni arıçılıq məhsulları müasir tələblərə uyğun qablaşdırılmalı və daşınması həyata keçirilməlidir”.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov son illər Prezident İlham Əliyev tərəfindən aqrar sahədə uğurla həyata keçirilən aqrar islahatlardan söz açaraq, bu sahənin prioritet olduğunu diqqətə çatdırıb.

Bildirib ki, Bakı şəhərinin bir neçə ünvanında kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil olunur. Onlardan biri də Nərimanov rayonundadır. Belə yarmarkalarda kənd məhsulları istehsalçıdan birbaşa istehlakçıya çatdırılır ki, bu, həm də bazarlarda qiymət artımının qarşısının alınmasına xidmət edir.

Bal yarmarkası üçün belə bir əlverişli yerin seçilməsinin təsadüfi olmadığını deyən Ş.İbadov arıçıların öz keyfiyyətli məhsullarını istehlakçıya çatdırması üçün bütün lazımi şəraitin yaradıldığını vurğulayıb.

Azərbaycan Qida Təhlükəsizilyi Agentliyinin Baytarlıq Nəzarət şöbəsinin müdiri Qalib Əbdüləliyev yarmarkada satılan məhsullara ciddi qida təhlükəsizliyi nəzarətinin təmin edildiyini nəzərə çatdırıb: “Bu işlər davam edəcək. Yarmarkaya təqdim edilmiş bütün məhsullar xüsusi anbara toplanır. Həmin anbarda hər bir arıçının ayrı-ayrı qablardakı məhsulu kodlaşdırılır və bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun kompleks tədqiqatlar laboratoriyasının əməkdaşları kodlaşdırılmış məhsullardan nümunə götürür. Məhsullar kodlaşdırılımış halda laboratoriyaya daxil olur və burada müvafiq təbii balın standartlarına uyğun analizlər aparılır”.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov yarmarkada artıq 20-ci dəfə iştirak etdiyini deyib və burada arıçılar üçün gözəl şərait yaradıldığına diqqət çəkib.

Onun sözlərinə görə, arıçıların bu sahədəki bilik və bacarıqlarının ilbəil artması müşahidə olunur: “2020-ci ildə Azərbaycan arıçılarının dünya arıçılar ailəsinə qoşulacağı gözlənilir. Onu da deyim ki, hər arı ailəsinə dövlət tərəfindən 10 manat subsidiya verilib. Bununla arıçılar ailəsinə ümumilikdə təxminən 5 milyon manat daxil olub. Azərbaycanın arıçılıq məhsullarını dünyaya tanıtdırmaq üçün bizdə bütün imkanlar var”.

Sonda “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova yarmarkanın təşkilində dəstək göstərən təşkilat və qurumlara öz minnətdarlığını ifadə edib.

Ümumilikdə, qeydiyyatı təsdiqlənmiş 347 arıçıdan 321 nəfəri məhsullarını “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarına təhvil verib. 25 nəfər isə qeydiyyatı təsdiqlənməsinə baxmayaraq, yarmarkada iştirak üçün məhsullarını təqdim etməyib. Anbara təhvil verilən balın ümumi həcmi 123 ton olub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılan məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Ümumilikdə, 3241 nümunə götürülüb ki, onların da 562-si, yəni 17,34 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayıb və yarmarkanın sonuna qədər “Aqrar Tədarük və Təchizat” ASC-nin anbarında karantin şəraitində saxlanılacaq.

Builki yarmarka innovativ yenilikləri ilə ötən ilkilərdən fərqlənir. İlk dəfə olaraq bu il yarmarkaya qeydiyyat onlayn şəkildə www.bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin arıçıların yer bölgüsü püşkatma vasitəsilə müəyyən edilib. Eyni zamanda, arıçılar iştirak üçün tələb olunan ödənişi bank vasitəsilə həyata keçirib.

Bu il tətbiq edilən növbəti yenilik isə satışına icazə veriləcək hər bir məhsulun qablaşmasının üzərində ştrix-kodun olmasıdır. Bu kod vasitəsi ilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını öyrənə bilərlər.

Paytaxt sakinlərinin rahatlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə yarmarka günlərində onlayn sifariş xidməti də istifadəyə veriləcək. Vətəndaşlar www.bal.kendden.az saytına daxil olaraq iştirakçılar üçün yaradılmış profillərdən istifadə etməklə məhsul sifariş edə biləcəklər. Sifariş olunan məhsullar metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları yaxınlığına ödənişsiz, digər ərazilərə isə ödənişli şəkildə çatdırılacaq.

Vətəndaşlar 28 sentyabr-18 oktyabr tarixlərində hər gün saat 8:00-dan 20:00-dək bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsulları əldə edə bilərlər.

Həmçinin vətəndaşların marağının artırılması məqsədilə yarmarkanın açılış günü, eləcə də qeyd edilən tarixlərə düşən şənbə və bazar günləri müxtəlif əyləncəli proqramlar və konsertlər olacaq, yarmarkanın keçirildiyi müddətdə arıçılıq məhsullarının dequstasiyası da təşkil ediləcək.

Bakıda bal yarmarkası açılıb – YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Baş direktor: Yük gəmiləri limanda qaldıqları müddətdə havanı zəhərləyirlər

IAAR AzMİU-da 2 ixtisas, 1 ixtisaslaşma üzrə akkreditasiya aparıb

® “Usta Mənəm!” peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün “Holcim” şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir

Ukraynada hərbi xidmətdən yayınanlarla bağlı cəzalar sərtləşdirilib

Şəkidə “Uşaqların inkişafı – uğurlu gələcəyin təminatı” mövzusunda təlim təşkil edilib

Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir

Arterial hipertoniya zamanı optimal müalicə üsulunu seçmək üçün risk faktorlarını öyrənmək vacibdir

Naxçıvanda Beynəlxalq Muzeylər Günü qeyd olunub

17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Şəkər xəstəliyindən kişilər daha çox əziyyət çəkirlər

® “Towards COP29” şüarı altında “Sustainable Construction Summit” zirvəsi keçirilib

“Qarabağ”ın aşağı yaş qrupları üzrə komandaları Qətərə yollanıb

Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub

Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar bir neçə mərkəzi küçədə nəqliyyatın hərəkəti yenidən təşkil edilir

Niderland “Caspian Agro” sərgisində 8 şirkətlə təmsil olunur

Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb: bir nəfər ən yüksək bal toplayıb

Azərbaycanın turizm imkanları Çində sərgilənir

İxrac neft və qaz boru kəmərində şərti qəzanın aradan qaldırılması ilə bağlı təlim keçirilib

Tarixi Azərbaycanın toponimlərinə dair kitab hazırlanır

“Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Azərbaycanda “Siyasi partiyalar haqqında” Qanunun uğurlu realizəsi ali niyyətlərə sadiqliyi göstərir ŞƏRH

Azərbaycan və Danimarka futbol sahəsində əməkdaşlıq edə bilər

Sırski: Rusiya ordusu Ukraynada döyüş zonasını 70 kilometr genişləndirib

Dövlət İmtahan Mərkəzi və Dövlət Məşğulluq Agentliyi DOST TV-də birgə layihəyə başlayıb

Milli Teatrda “İblis və...” tamaşasının məşqlərinə başlanılıb

Britaniya Memarlarının Kral İnstitutunun nümayəndə heyəti AzMİU-da

“Ədibin evi”ndə “Füzuli və Mir Cəlalın yaradıcılığı” mövzusunda tədbir keçirilib

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Ağsuda vətəndaşlarla görüşüb

Azərbaycanın iki boksçusu finala yüksəlib, üçü bürünc medal qazanıb

Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib

Azərbaycandan olan gənc skripkaçı Dinu Lipatti adına müsabiqənin mütləq qalibi olub

İqtisadiyyat İnstitutunun doktoranturasına müraciət edənlərin sayı açıqlanıb

® “Unibank”ın biznes üçün “Bahar endirimi” kampaniyası davam edir

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu tərəfindən 4 ay ərzində 13 layihə maliyyələşdirilib

Fizika İnstitutu ilə AzMİU arasında memorandum imzalanıb

Füzuli, Ağdam və Cəbrayılın bəzi kəndlərində vətəndaşlara aylıq müavinətin ödənilməsi dayandırılıb

“Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” - nəzəri konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Cəmil Sədizadə

Bir il ərzində Naxçıvan “ASAN xidmət” mərkəzinə 422 mindən çox müraciət qeydə alınıb