BAKIDA BANK SİSTEMİNİN İNKİŞAFINA DAİR BİRİNCİ BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏKDİR
DAİR BİRİNCİ BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏKDİR
Noyabrın 12-14-də Bakıda “Azərbaycanın bank sisteminin inkişafı” mövzusunda birinci beynəlxalq konfrans keçiriləcəkdir.
“AtaBank” Müşahidə Şurasının sədri Əhməd Ərəntok mətbuat konfransında bu barədə məlumat verərək bildirmişdir ki, tədbirə Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi beynəlxalq maliyyə təsisatlarının, 15 aparıcı yerli bankın, audit və sığorta şirkətlərinin nümayəndələri dəvət olunmuşlar.
Bank sektorunun inkişafı strategiyasının işlənib hazırlanması, bank qanunvericiliyinin digər normativ aktlarla əlaqəsi, dövlət banklarının özəlləşdirilməsi müzakirələrin əsas mövzusu olacaqdır.
Konfransın təşkilatçıları Azərbaycan Milli Bankı, “AtaBank” və “AtaHoldinq”dir.