BAKIDA BEYNƏLXALQ TENNİS TURNİRİNDƏ TƏSNİFAT MƏRHƏLƏSİNİN YARIŞLARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakıda qadınlar arasında “Bakı kuboku - 2006” (“Baku Cup - 2006”) beynəlxalq tennis turniri başlanmışdır. Yarışda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, İtaliya, Hindistan, İspaniya və Belarusun 40-dək tennisçisi mübarizə aparır. Turnirin mükafat fondu 10 min ABŞ dolları məbləğindədir.
Avqustun 27-də turnirin təsnifat mərhələsinin görüşləri keçirilmişdir. Bu mərhələnin 8 qalibi avqustun 28-də start götürəcək əsas mərhələyə vəsiqə qazanmışdır.
Qeyd edək ki, Azərbaycanı yarışlarda üç idmançı - Elina Həsənova, Sevil Əliyeva və Səyyarə Məmmədova təmsil edirlər. Hər üç idmançı yarışlara əsas mərhələdən qoşulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]