Bakıda cibgirlik edən şəxs saxlanılıb VİDEO
Bakı, 1 aprel, AZƏRTAC
Bakıda polis cibgirlik əməllərində şübhəli bilinən 64 yaşlı əvvəllər məhkum olunmuş Taləddin Əhmədovu saxlayıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onun Nizami və Sabunçu rayonlarında iki nəfərin çantasından ümumilikdə 1717 manat, bank kartları və sənədlər olan pul kisəsini ələ keçirdiyi məlum olub. Həmin şəxsin törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.