Bakıda cüdo üzrə "Böyük dəbilqə" turniri davam edir
Bakı, 5 noyabr, AZƏRTAC
Bakıda cüdo üzrə "Böyük dəbilqə" turniri davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə daha 12 cüdoçumuz mübarizəyə qoşulacaq.
Bu gün milli komandamızın üzvlərindən Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev, Vüsal Qələndərzadə (hamısı 73 kq), Səid Mollayi, Elcan Hacıyev, Zelim Tçkayev, Ömər Rəcəbli (hamısı 81 kq), Aytac Qardaşxanlı, Nərgiz Hacıyeva (hər ikisi 63 kq), Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) güclərini sınayacaqlar.
Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışın ilk günündə cüdoçularımız - 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev qızıl, eyni çəki dərəcəsində Kəramət Hüseynov və Orxan Səfərov (66 kq) bürünc medal qazanıblar
Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [23:35]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:06]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [22:40]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [20:14]
Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir
- 04.06.2026 [18:14]
Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək
- 04.06.2026 [18:02]