Bakıda daha bir marşrutun avtobusları yenilənir
Bakı, 24 may, AZƏRTAC
Paytaxtın Günəşli qəsəbəsini Sabunçu dəmiryol stansiyası ilə əlaqələndirən 40 saylı marşrutda istismar olunan avtobuslar yenilənir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, mayın 26-dan sərnişinlərin xidmətinə veriləcək 18 ədəd yeni, 2025-ci il istehsalı olan “King Long” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.
“İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir”, - deyə AYNA-dan bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:37]
Ayjan Beyseyeva: Orta Dəhliz strateji inkişaf fazasına qədəm qoyur
- 08.06.2026 [14:40]
SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib
- 08.06.2026 [14:37]