Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir
Bakı, 18 mart, AZƏRTAC
Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışları davam edir. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi kubokda 23 ölkədən, ümumilikdə 85 kişi, 35 qadın idmançısı iştirak edir.
AZƏRTAC xəbər verir ki, turnirin üçüncü günündə ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir.
Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastları 6, qadın gimnastları isə 4 dəst medal uğrunda mübarizə aparırlar.
FIG dünya kuboku martın 19-dək davam edəcək.