Bakıda idman kapoeyrası üzrə dünya çempionatı davam edir
Bakı, 12 may, AZƏRTAC
Mayın 12-də Bakı İdman Sarayında idman kapoeyrası üzrə dünya çempionatının ikinci gününə start verilib.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Kapoeyra Federasiyasının (WCF), Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış Azərbaycanın Braziliyadakı və Braziliyanın Azərbaycandakı səfirlikləri tərəfindən dəstəklənir.
Dünya çempionatında 40-dan çox ölkədən idmançılar iştirak edirlər. Yarışa, həmçinin dünyanın 12 ən iri kapoeyra qrupu və onların qrand masterləri də qatılıb.
Yarışın ikinci günündə böyüklər bacarıqlarını nümayiş etdirəcəklər.
Azərbaycan çempionatda müxtəlif yaş kateqoriyaları üzrə 25 idmançı ilə təmsil olunur. Çempionatın ilk günündə təmsilçilərimiz komandamızın aktivinə 6 medal yazdırıblar.