Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında üçlüklər arasında finalçılar müəyyənləşib
Bakı, 27 may, AZƏRTAC
Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında üçlüklər arasında finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, finala Bolqarıstan (22,527 xal), Macarıstan (22,316), Türkiyə (21,377), Ukrayna (21,272), Rumıniya (22,277 xal və 21,783 xal) və Rusiyadan (21.694 xal və 21.400 xal) olan üçlüklər çıxıblar.
Mayın 29-dək davam edəcək yarışda 22 ölkədən 171 gimnast birincilik uğrunda mübarizə aparır.
Üç gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.