Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 11-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Müstəmləkə ərazilərini təmsil edən media nümayəndələrinin iştirakı ilə Azərbaycanda keçirilən ilk belə konfrans həmin ərazilərdən olan jurnalistlərlə yerli media nümayəndələri arasında interaktiv formada təşkil olunacaq.

Bakı Təşəbbüs Qrupundan AZƏRTAC-a verilən məlumata görə, konfransda keçmiş və indiki müstəmləkə ərazilərini təmsil edən media qurumlarının rəhbərləri və media nümayəndələri, jurnalistlər, siyasi şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və kommunikasiyalar üzrə ekspertlər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, tədqiqatçılar, diplomatlar və dövlət qurumlarının nümayəndələri və yerli medianı təmsil edən şəxslər iştirak edəcəklər.

Tədbirdə neokolonial istismara məruz qalan və müstəmləkə əsarəti altında yaşayan xalqların və etnik azlıqların səsinin beynəlxalq informasiya məkanında gücləndirilməsində medianın rolu və qarşıda duran çağırışlar müzakirə olunacaq. Konfransda uzun illər kölgədə saxlanılan müstəmləkə həqiqətlərinin – ərazilərin iqtisadi istismarı, təbii sərvətlərin talanı, mədəni kimliyin silinməsi, sistemli ayrı-seçkilik, yerli xalqlara qarşı repressiyalar, habelə Kanaki (Yeni Kaledoniya) və Boneyra nümunəsində yerli əhalinin demoqrafik tərkibinin məqsədli şəkildə gəlmə əhali hesabına dəyişdirilməsi siyasətinin beynəlxalq mediada işıqlandırılması məsələlərinə xüsusi diqqət yetiriləcək. Həmçinin müstəmləkə ərazilərində yaradılan süni informasiya blokadasının aradan qaldırılması, dezinformasiya və saxta məlumatlarla mübarizədə qabaqcıl süni intellekt alətlərinin tətbiqi, jurnalistlər və media qurumları arasında beynəlxalq koordinasiya şəbəkəsinin yaradılması, beynəlxalq media təşkilatları və yerli jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılacaq.

Müzakirələrdə medianın dekolonizasiya proseslərində yalnız informasiya ötürən vasitə deyil, həm də müstəmləkə siyasəti yürüdənlərə beynəlxalq təzyiq mexanizmi kimi rolu xüsusi vurğulanacaq. Bu kontekstdə müstəmləkə cinayətlərinin sənədləşdirilməsi, kolonial narrativlərin ifşası, müstəmləkə dövlətlərinin rəsmi informasiya siyasətinin faktlara əsaslanan araşdırmalarla yoxlanılması, yerli xalqların mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması, insan hüquqları pozuntularının monitorinqi, ekoloji ədalət məsələlərinin, o cümlədən Qvadelupa və Martinikada xlordekon pestisidinin yaratdığı fəsadların qlobal gündəmdə daim saxlanılması, reparasiya tələblərinin təşviqi, habelə Kanaki, Maohi, Qvadelupa, Martinika, Boneyra, Sint Martin və digər müstəmləkə ərazilərində fəaliyyət göstərən jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti institutları arasında beynəlxalq həmrəylik və əməkdaşlıq şəbəkələrinin formalaşdırılması istiqamətində praktiki təşəbbüslər müzakirə ediləcək.

Məlumat üçün bildirilib ki, Kanakidə (Yeni Kaledoniya) nikel ehtiyatlarının istismarı, kanak xalqının hüquqları və 2024-cü ilin may hadisələri zamanı baş verən mülki itkilərlə bağlı araşdırmalar aparan jurnalistlər Fransa tərəfindən informasiya məhdudiyyətləri və müxtəlif təzyiq formaları ilə üzləşiblər. Beynəlxalq media təşkilatları həmin dövrdə jurnalistlərə qarşı təhdid, fiziki hücum və peşə fəaliyyətinə maneə törədilməsi hallarını sənədləşdiriblər. Fövqəladə vəziyyət rejiminin tətbiqi və sərt təhlükəsizlik tədbirləri isə hadisələrin müstəqil və obyektiv işıqlandırılması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Qvadelupada (Fransa Karib hövzəsi) xlordekon pestisidinin uzunmüddətli istifadəsi nəticəsində yaranan ekoloji fəsadlar, torpaq və su çirklənməsi, eləcə də əhalinin sağlamlığına təsirləri araşdıran tədqiqatçı jurnalistlər Fransanın məsuliyyəti məsələsini gündəmə gətirdiklərinə görə müxtəlif təzyiqlərlə üzləşiblər. 1970–1990-cı illərdə geniş tətbiq edilən bu zəhərli maddənin yaratdığı ekoloji və ictimai sağlamlıq problemləri bu gün də davam edir. BMT ekspertləri ekoloji problemləri və onların nəticələrini işıqlandıran media nümayəndələrinə qarşı təzyiq və senzura iddiaları ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Belçikanın indiki Konqo Demokratik Respublikasının ərazisində, eləcə də Ruanda və Burundidə törətdiyi məcburi əmək, kütləvi zorakılıq və əllərin amputasiyası kimi insanlıq əleyhinə cinayətləri tarixçilərlə əməkdaşlıq şəraitində araşdıran jurnalistlər tarixi məsuliyyət və reparasiya məsələlərini beynəlxalq gündəmə çıxardıqlarına görə uzun illər müxtəlif təzyiq və maneələrlə üzləşiblər. Həmin araşdırmalar Belçikanın müstəmləkə irsi ilə bağlı beynəlxalq elmi və siyasi müzakirələrin genişlənməsinə, həmçinin beynəlxalq təşkilatlar səviyyəsində tarixi ədalət və reparasiya məsələlərinin daha fəal şəkildə gündəmə gətirilməsinə mühüm töhfə verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur

“Dinamo”nun sabiq futbolçusu: “Qarabağ”ın səviyyəsi kifayət qədər yüksəkdir  - EKSKLÜZİV

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında strateji əməkdaşlığın yeni mərhələsini gücləndirir -Ekspert rəyi

Astronomlar Günəşin yaxın məsafədən ən mükəmməl şəklini əldə ediblər

Münxendə aksiya iştirakçılarını avtomobillə vuran şəxs ömürlük azadlıqdan məhrum edilib

® “Birbank Star” kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin                                

Ankara regional sülhə və təhlükəsizliyə töhfə verməyə hazır olduğunu təsdiqləyib

bp yarım ildə Azərbaycanda sponsorluq etdiyi layihələrə 0,9 milyon dollar xərcləyib

Suriya limanlarının kommersiya fəaliyyəti genişlənir

Metrologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Slavik Alxasov “Araz-Naxçıvan”ı tərk edib

“Qarabağ” yatağında aparılan tədqiqat nəticəsində əldə olunmuş məlumatların emalı davam edir

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb

Politoloq: Azərbaycan Avropa ilə Asiya arasında etibarlı körpü rolunu uğurla davam etdirir

Azərbaycanda zubrların sayı 89-a çatıb

XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür

bp-də işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb