Bakıda pirotexniki vasitələrin satışını təşkil edən 4 nəfər məsuliyyətə cəlb olunub
Bakı, 26 dekabr, AZƏRTAC
Paytaxtın Qaradağ rayonunda yerləşən iri ticarət mərkəzlərindən birində pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 4 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Onlardan yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkarlanaraq götürülüb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.