Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda qədim türk əlifbasının oxunmasının 130 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qədim türk əlifbasının oxunmasının 130 illiyinə həsr olunmuş “Qədim türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Almaniya, Monqolustan və Polşadan olan tanınmış türkoloqların iştirak etdiyi tədbir Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, UNESCO üzrə Türkiyə Milli Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq konfransı açan Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov türk dövlətlərinin dostluq-qardaşlıq münasibətlərindən bəhs edib. Bildirib ki, ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifbasının olmasının müstəsna əhəmiyyəti var.

Qədim türk əlifbasının oxunmasının 130 illiyinə həsr olunmuş tədbirin “Heydər Əliyev İli”ndə keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyən rektor qeyd edib ki, bu günlərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri, ölkə Prezidenti İlham Əliyevlə birgə bəyanatları Türk dünyasının daim artan nüfuzundan xəbər verir.

Rektor Urxan Ələkbərov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz sayəsində torpaqlarımızın işğaldan azad edildiyini, həmin ərazilərdə sürətli quruculuq və bərpa işlərinin aparıldığını bildirib.

“Ölkəmiz öz inkişaf səviyyəsinə və texnologiyalarına görə bir çox ölkəni qabaqlayır”, - deyən akademik Urxan Ələkbərov idarəçilikdə tətbiq edilən müasir texnologiyalardan bəhs edib. Bildirib ki, hazırda Azərbaycanda dövlət idarəçiliyində tam yeni sinergetik və komplementar texnologiyalardan istifadə olunur. Azərbaycan Respublikasında qazanılan uğurların əsasında Prezident İlham Əliyev tərəfindən işlənilmiş, nəzəri əsasları və tətbiq üsulları yeni olan idarəetmə texnologiyaları kompleksi dayanır.

Çıxışının sonunda rektor beynəlxalq konfransın işinə uğurlar arzulayıb.

Sonra Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev çıxış edərək 130 il əvvəl qədim türk runik yazısının kəşfinin bütün bəşər tarixində ən önəmli hadisələrdən biri olduğunu bildirib. Qeyd edib ki, 1893-cü ildə danimarkalı dilçi alim Vilhelm Tomsen tərəfindən qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıların oxunması təkcə türklər üçün deyil, bütün bəşəriyyət üçün mühüm hadisəyə çevrilmişdir. Bu yazının kəşfi o vaxta qədər Qərb elmi mühitində formalaşmış “türklər barbardır” tezisini puç etmiş oldu.

Akademiya prezidenti bildirib ki, türk yazısı müasir türk xalqlarının qədim mənəvi mədəniyyətinin şahidi və ortaq irsidir. Eyni zamanda, türk yazısı dünya sivilizasiyasında mühüm yer tutur.

Onun sözlərinə görə, türk yazısının oxunması türk xalqlarının yenidən oyanışına səbəb olub. Belə böyük bir mədəniyyət qurmuş xalqlar çağdaş nümayəndələri ilə bu möhtəşəm örnəkdən ilham alaraq öz ortaq gələcəklərini birlikdə qurmaq yolunda əminliklə inamla addımlaya bilərlər.

“Beynəlxalq Türk Akademiyası qədim türk yazısının tədqiqatına xüsusi diqqət yetirir”, - deyən akademik Şahin Mustafayev keçən il Monqolustanın Nomqon vadisində aparılan qazıntılar nəticəsində aşkar edilən daş yazının Türk dünyasında rezonansa səbəb olduğunu bildirib. Qeyd edib ki, Göktürklər dövrünə aid olduğu təxmin edilən kitabədə “türk” adının hallanması bu kəşfi daha da qiymətli edir. O, qazıntılar nəticəsində yazının qalan hissəsinin də aşkar ediləcəyinə ümidvar olduğunu deyib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dünyasını birləşdirən dəyərlərin hər zaman qorunub saxlanılması və inkişaf etdirilməsi vacibliyini qeyd edib. O, tədbirin türk xalqlarının ən dəyərli ortaq sərvəti olan türk dilini daha da inkişaf etdirmək, dünyaya tanıtmaq baxımından önəmini vurğulayıb. Bildirib ki, 130 il öncə qədim türk əlifbasının oxunması türk xalqlarının ortaq keçmişindən xəbər verir və bu, türkdilli xalqları birləşdirən mənəvi körpüdür.

Günay Əfəndiyeva çıxışının sonunda türk yazılı abidələri ilə bağlı sərginin təşkil olunacağını da diqqətə çatdırıb.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfransın Türk sivilizasiyasının, mədəniyyətinin və tarixinin ən müxtəlif istiqamətlər üzrə tədqiq olunması və işıqlandırılması, gələcək nəsillərə ötürülməsi, qarşıda duran məsələlərin müəyyən olunması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib.

Türk dünyasında elm, təhsil, mədəniyyət, ədəbiyyatın təməlində Orxon-Yenisey abidələrinin dayandığını diqqətə çatdıran AMEA rəhbəri bu abidələrin Türk dünyasının ən müqəddəs, türk dövlətçilik tarixinin ən möhtəşəm abidələrindən biri olduğunu söyləyib. O, türk xalqları nümayəndələrinin Monqolustanda yerləşən və Orxon-Yenisey abidələrinə daxil olan Ongin, Gül-Tigin, Bilgə Xaqan, Tonyukuk və digər müqəddəs abidələri ziyarət etməsinini önəmini vurğulayıb. Akademikin sözlərinə görə, Orxon-Yenisey abidələri təkcə morfologiyası, leksikası və sintaksisinə görə deyil, həm də mənasına, məzmununa, ideyasına görə də olduqca dərin məzmuna malikdir.

Qədim türk əlifbasının oxunmasının 130 illiyinə həsr olunmuş bugünkü konfransın Bakıda keçirilməsinin əhəmiyyətinə toxunan akademik İsa Həbibbəyli əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən bütün istiqamətlərdə inkişaf etdirilən dövlət siyasəti nəticəsində ölkəmizin bu kimi mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək üçün bütün imkanlara sahib olduğunu vurğulayıb. Bildirib ki, Orxon-Yenisey abidələrinin xüsusən oğuz türkləri ilə bağlı olması, ölkəmizin düşmən üzərində böyük Zəfər qazanması və Azərbaycanın bütün dünya üzrə əsas türkologiya mərkəzlərindən biri olması bu tədbirin Azərbaycanda keçirilməsinə səbəb olan əsas amillərdəndir.

“Bu gün türkoloji istiqamət Azərbaycan alimlərinin əsas tədqiqat istiqamətlərindən birini təşkil edir”, - deyən AMEA rəhbəri hələ sovet dövründə Türk dünyası alimlərinin əsaslı tədqiqatlarla çıxış etdikləri “Türkologiya” jurnalının bu gün də Azərbaycanda fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin Orxon-Yenisey abidələrinin geniş tədqiq olunmasında böyük rola malik olduğunu qeyd edərək, ölkəmizin dünya orxonşünaslığına dəyərli töhfələr verdiyini vurğulayıb. O, türk yazı mədəniyyətinin öyrənilməsində akademiklər - Tofiq Hacıyev, Nizami Cəfərov, professor Fərhad Zeynalovun xüsusi xidmətləri olduğunu diqqətə çatdırıb.

Tədbirdə Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Öcal Oğuz, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov və başqaları konfransın türk xalqlarının yazı mədəniyyətinin, onun bəşər sivilizasiyasında yerinin təbliğ edilməsi və gələcək tədqiqat prioritetlərinin müəyyən edilməsi baxımından önəmini qeyd ediblər.

Beynəlxalq konfrans plenar iclaslarla davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH