Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri mövzusunda konfrans keçirilib

Bakı, 16 dekabr, AZƏRTAC

Dekabrın 16-da ADA Universitetində “İnteqrasiya prosesi çərçivəsində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda iştirak edən ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Brüsseldə keçirilən görüşdən çox şey gözlədiklərini bildirib. “Biz regionda sabitliyin təmin olunması baxımından Rusiyanın dəstəyini həmişə hiss etmişik və ümid edirəm ki, bundan sonra da görəcəyik”, - deyə rektor əlavə edib.

Azərbaycan-Rusiya əlaqələrinin dərin köklərə malik olduğunu deyən Hafiz Paşayev innovasiya və startaplardan danışıb, səmərəli, müştərək işlər həyata keçirməyin, tədqiqatlar aparmağın vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, tədqiqatların aparılması elm və tərəqqi üçün faydalıdır. İnteqrasiya prosesi çərçivəsində Azərbaycan-Rusiya mütəxəssislərinin elm sahəsində müştərək tədqiqatlar aparması çox vacibdir.

Rusiya və Azərbaycanın çox sıx münasibətlərə malik olduğunu bildirən Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk inteqrasiya prosesi çərçivəsində ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsini reallıq kimi qiymətləndirərək deyib: “Azərbaycanın regionda Avropanı Asiya ilə birləşdirəcək kommunikasiyanın açılması təklifi reallaşır və bu, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri baxımından mühüm rol oynayacaq. Ölkələrimiz arasında dərin tarixi bağlılıq qarşıya qoyulan məqsədlərə çatmağımıza imkan verəcək. Məqsədimiz iqtisadiyyatın inkişafı üzrə vahid platforma yaratmaqdır. Bu, ticarət mübadiləsi üçün faydalı olacaq”.

Beynəlxalq razılaşmaları diqqətdə saxlamağın çox mühüm olduğunu qeyd edən A.Overçuk MDB-yə üzv ölkələr arasında münasibətlərin yeni müstəviyə qaldırılmasının vacibliyini vurğulayıb.

Pandemiyanın iqtisadiyyata mənfi təsirlərindən də danışan Rusiya Baş nazirinin müavini Azərbaycanın bu ağır və çətin prosesdən uğurla keçdiyini qeyd edib. MDB-yə üzv ölkələrdən beşinin bu mərhələdə vahid mexanizm kimi işlədiyini diqqətə çatdıran nazir müavini söyləyib: “İqtisadi sabitliyin qorunması baxımından maliyyə institutlarının yaradılması vacib amildir. Rusiya-Azərbaycan əlaqələri gündən-günə artan templə inkişaf edir. Azərbaycanda Rusiya biznesinin inkişaf etdirilməsində maraqlıyıq. Ölkələrimiz arasında logistika, enerji, nəqliyyat və digər sahələrdə inkişafın perspektivləri kifayət qədər böyükdür.

Rusiyanın Azərbaycana yatırdığı sərmayələrin həcminin 4,5 milyard ABŞ dollarına, Azərbaycanın bu ölkəyə qoyduğu investisiyaların həcminin isə 1,5 milyard dollara çatdığını bildirən A.Overçuk deyib: “Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair fəal müzakirələr və işlər aparılır. Rusiyanın Azərbaycanla müzakirə ediləcəyi geniş spektrli mövzular var. İkitərəfli münasibətlər çərçivəsində də müəyyən işlər görülür. Bu istiqamətdə fəaliyyətlərimizi davam etdiririk. Bizim ortaq maraqlarımız çoxdur, üçtərəfli işçi qrupun görüşləri keçirilir. Sonuncu görüş avqustun ortalarında Moskvada keçirilib. Bütün tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasında maraqlıdır. Nəqliyyat marşrutlarının bərpası əmtəə dövriyyəsinin artırılması və genişləndirilməsi üçün yeni imkanlar yaradacaq”.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov hazırda ölkələrimiz arasında əlaqələrin inkişafının intensiv dövrü olduğunu qeyd edib. Deyib ki, əsas məsələ - regionda sabitlik təmin olunub və biz artıq münasibətlərin sonrakı inkişafı barədə danışırıq.

Səfir konfransın Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsinə və iqtisadi əlaqələrin daha da inkişafı etməsinə töhfə verəcəyinə inandığını vurğulayıb.

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev diqqətə çatdırıb ki, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasından keçən 30 il ərzində ikitərəfli əlaqələr daim inkişaf edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin siyasi iradəsi, onların şəxsi dostluq münasibətləri sayəsində bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Ölkələrimiz arasında münasibətlərin çoxəsrlik mehriban qonşuluq, dostluq və əməkdaşlıq ənənələrinə əsaslandığını qeyd edən Şahin Mustafayev bildirib ki, son iki ildə dünya birliyinin üzləşdiyi yeni reallıqlar - koronavirus pandemiyası və onun nəticələri, silahlı münaqişələr, dünya bazarında enerji daşıyıcılarının qiymətlərinin sürətlə artması, mövcud logistika zəncirlərinin tarazlığının pozulması, dünya ticarət siyasətinin volatilliyi və ticarət müharibələri ticari-iqtisadi və humanitar sahələrdə beynəlxalq əməkdaşlığın ənənəvi formalarına təsir göstərir, lakin bu amillər, eyni zamanda, yeni imkanlar yaradır.

Ş.Mustafayev vurğulayıb ki, yeni reallıqlar çərçivəsində əsas səylər 2024-cü ilə qədər olan dövrdə Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin əsas istiqamətlərinin inkişafına dair planın reallaşdırılması üzərində cəmləşib. Ticarətdə mövcud maneələrin aradan qaldırılması, rəqəmsal iqtisadiyyatın və nəqliyyat infrastrukturunun inkişafı, elm tutumlu birgə istehsalatlar yaradılması, qarşılıqlı turist mübadiləsinin artırılması və başqa tədbirlər nəzərdə tutulan yeddi yol xəritəsi çərçivəsində əməkdaşlıq proqramı fəal həyata keçirilir. Diqqətə çatdırılıb ki, cari ilin yanvar-oktyabr ayları ərzində Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi nikbin olmağa əsas verir - bu sahədə təqribən 7 faiz (2,35 milyard dollar) artım qeydə alınıb. Beləliklə, Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas ticarət tərəfdaşı kimi qalır. Qarşılıqlı investisiyaların dinamikası da nikbinlik doğurur. Rusiya Azərbaycan iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyub. Öz növbəsində, Rusiya iqtisadiyyatına Azərbaycan investisiyalarının həcmi 1,2 milyard dollardan çox olub. Azərbaycanda Rusiya kapitalına əsaslanan 1110 müəssisə qeydiyyata alınıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası çərçivəsində də yeni imkanlar yarandığını vurğulayan Baş nazirin müavini Rusiya şirkətlərinin 13 layihə barədə öz təkliflərini təqdim etdiklərini qeyd edib. Bu layihələrdən biri - Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz vadisi iqtisadi zonası” sənaye parkında “KamAZ” müştərək servis mərkəzinin tikintisi artıq reallaşmaqdadır.

Ş.Mustafayev aqrar-sənaye kompleksi üzrə əmtəə dövriyyəsinə dair statistik məlumatlara istinadla qeyd edib ki, Azərbaycan Rusiyadan aqrar məhsulların ən iri alıcılarının ilk onluğuna daxildir. Qeyd edilib ki, tranzit nəqliyyat sahəsində ən uğurlu layihələrdən biri “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizidir. “Şimal-Qərb” beynəlxalq nəqliyyat dəhlizi uğurla fəaliyyət göstərir. Bu dəhliz vasitəsilə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyadan Türkiyəyə yüklər göndərilir. 2020-ci ildə “Şimal-Cənub” dəhlizi üzrə yükdaşımaların həcmi 15,3 faiz, “Şimal-Qərb” dəhlizi üzrə 11 faiz artıb.

Neft-qaz sahəsinin əməkdaşlığın mühüm istiqaməti olduğunu qeyd edən Ş.Mustafayev Azərbaycanda Rusiyanın çoxsaylı enerji şirkətləri, o cümlədən “Gazprom”, “Transneft”, “Lukoil” şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini bildirib. “Lukoil” şirkətinin Azərbaycanda “Şahdəniz” layihəsində və digər layihələrdə iştirakının genişləndirilməsinə dair saziş bağlanması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə artıq bir neçə ildir Rusiya nefti nəql olunur.

İştirakçıların diqqətinə çatdırılıb ki, iqtisadi sahə ilə bərabər, humanitar sahədə də əməkdaşlıq uğurla həyata keçirilir. Ötən illər ərzində təhsil və elm, səhiyyə, mədəniyyət, idman sahələrində fəaliyyət göstərən təşkilatlar arasında əlaqələr xeyli fəallaşıb.

Ş.Mustafayev koronavirus pandemiyasına qarşı mübarizədə Rusiyanın Azərbaycana göstərdiyi köməyi yüksək qiymətləndirib. Azərbaycan Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Rusiyadan 300 min doza “Sputnik V” Rusiya vaksini idxal edilməsinə icazə verilib. Bu vaksinin çox hissəsi artıq ölkəmizə gətirilib.

Azərbaycan Respublikasının Baş nazirinin müavini vurğulayıb ki, regionun gələcəyinə uzunmüddətli Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması, nəticə etibarilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi kontekstində nəzərdən keçirilməlidir. Ş.Mustafayev hərbi əməliyyatların dayandırılmasında və regionda vəziyyətin sabitləşməsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xüsusi rolunu vurğulayıb. Azərbaycan birgə bəyanatların müddəalarının tam həcmdə reallaşmasına, habelə regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə tərəfdardır.

Baş nazirin müavini vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin bərpası ölkəmizin strateji prioritetidir. Bu məsələlərin həlli üçün dövlət büdcəsindən külli məbləğdə vəsait ayrılıb, özəl investisiyalar cəlb edilir. Azad edilmiş ərazilərin bərpası həm də regional əməkdaşlığın inkişafı üçün böyük perspektivlər deməkdir. Bu ərazilərdə layihələrin həyata keçirilməsinə xarici investorların, o cümlədən Rusiya biznes birliyinin marağı qeyd edilib.

Ş.Mustafayev deyib ki, Cənubi Qafqaz regionunda yeni reallıqlar regiondakı bütün ölkələr arasında, o cümlədən Azərbaycan və Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlıq potensialını əhəmiyyətli dərəcədə genişləndirib, bu reallıqlar yeni məzmunlu ideya və layihələr hesabına genişlənir. Bu gün Azərbaycan region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin fəal tərəfdarıdır.

Rusiya Xalqlar Dostluğu Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri İ.Andronova, ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı Ə.Vəliyev, Avrasiya İqtisadi Komissiyasının İnteqrasiyanın inkişafı Departamentinin direktor müavini, V.Yanutenyok, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru E.Məmmədov, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi səlahiyyətli nümayəndəsi S.Yejov, Avrasiya İqtisadi Komissiyasının Daxili baxarın tənzimlənməsi departamentinin direktor müavini K.Elikbaev, Avrasiya İnkişaf Bankının nümayəndəsi A.Malaxov, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İ.Vəlizadə, ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dosenti L.Cumayeva və siyasi icmalçı, Azərbaycandakı Rus icmasının sədr müavini A.Lavrina mövzu ətrafında məruzələrlə çıxış ediblər.

Konfrans müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib