Bakıda “SOCAR Balkans” ilə “Albgaz” arasında Niyyət məktubu imzalanıb VİDEO
Bakı, 15 fevral, Nihad Budaqov, AZƏRTAC
Fevralın 15-də Bakıda SOCAR-ın törəməsi “SOCAR Balkans” şirkəti ilə Albaniyada qaz infrastrukturu operatoru olan “Albgaz” arasında Niyyət məktubu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədlərin imzalanması Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı zamanı baş tutub. Toplantı çərçivəsində, həmçinin “Plinacro”, “Albgaz”, “BH Gas” və “Montenegro Bonus” şirkətləri arasında Niyyət məktubu da imzalanıb.