MƏDƏNİYYƏT
Bakıda Vətən müharibəsində Zəfərin ildönümünə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində Zəfərin 4-cü ildönümünə həsr olunmuş “Zəfərimiz - şərəfimiz” adlı bədii qiraət müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyət xadimləri, Akademik Milli Dram Teatrının, Rus Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının və rayon teatrlarının artistləri, eləcə də iki müstəqil iştirakçı çıxış ediblər.
Münsiflər heyətinə Xalq artistləri Hacı İsmayılov, İlham Namiq Kamal, Əməkdar artistlər Azad Şükürov, Hafiz Quliyev və Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aidə Qafarova daxil olublar.
Qeyd edək ki, müsabiqənin nəticələri noyabrın 5-də elan olunacaq.