BAKIDA XI ULUSLARARASI XƏZƏR ŞER AXŞAMLARI KEÇİRİLİR
Tədbirdə iştirak etmək üçün ölkəmizə Türkiyədən, Qazaxıstandan, Makedoniyadan, Şimali Kipr Türk Respublikasından 30-dan artıq şair gəlmişdir.
Aprelin 8-də tədbir iştirakçıları ilə Azərbaycan Yazıçılar Birliyində görüş keçirilmişdir.
Birliyin sədri, Milli Məclisin deputatı, xalq yazıçısı Anar qonaqları salamlamış, türk xalqlarının mədəni və ədəbi əlaqələrinin genişləndirilməsində belə tədbirlərin əhəmiyyətindən danışmışdır.
Tərbirdə çıxış edənlər ədəbiyyatımızın, xüsusən türk xalqları poeziyasının qarşılıqlı şəkildə öyrənilməsində XI Uluslararası Xəzər şer axşamlarının rolunu xüsusi vurğulamış, onun təşkilatçılarına təşəkkürlərini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]